Xəbər lenti
14-08-2026, 12:31
 

KMBİ dövlət qulluqçularının adından dələduzluq edənlərin əlaqələrini ifşa etdi + Video

Tarix: 17-08-2026 18:04     Baxış: 483

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən saxta sosial şəbəkə profilləri və “WhatsApp” ani mesajlaşma hesabları vasitəsilə dövlət qulluqçuları, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşlarının adından istifadə olunmaqla törədilən çoxsaylı kiberdələduzluq hallarına qarşı əməliyyat keçirilib.

Mubarizciler.az xəbər verir ki, tədbirlərlə ölkə hüdudlarından kənarda fəaliyyət göstərən kibercinayətkar qruplaşmalarla əlbir olaraq qeyd edilən cinayət əməllərində şübhəli bilinən Fərid Əliyev, Asiman Zeynalov, Tofiq Əliyev, Fərid Atakişiyev, Röyal Abdullayev, Anar Məmmədov, Rəşad Hacıyev və Həmid Əliyev saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər xaricdə fəaliyyət göstərən kibercinayətkar qruplaşmaların üzvləri ilə əlaqə yaradaraq onları yerli mobil operatorlara məxsus elektron nömrələr, qanunsuz fəaliyyətlərdə istifadə etdikləri bank kartları və digər məlumatlarla təmin ediblər. Həmin şəxslər tərəfindən onlayn satışı təşkil edilən mobil nömrə və bank kartlarından qeyd edilən kibercinayət əməllərinin törədilməsində istifadə olunduğu müəyyən edilib.

Əməliyyat zamanı saxlanılan şəxslərin qanunsuz yolla əldə etdikləri 2 mindən artıq bank kartı və elektron mobil nömrənin qeyd olunan cinayətkar əməllərə yönləndirildiyi aşkarlanıb. Həmin kart və mobil nömrələrin bəzilərinin qanunsuz onlayn qumar və kazino oyunlarının təşkili zamanı istifadə edildiyi də məlum olub.  

Hazırda saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər aparılır. Xarici ölkələrdə fəaliyyət göstərən kibercinayətkar qruplaşmaların digər iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində də tədbirlər davam etdirilir.

Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, bank rekvizitlərinin və mobil nömrələrin üçüncü şəxslərə cinayət əməllərində istifadə olunması məqsədilə təqdim edilməsi yolverilməzdir. Əgər bank kartınızdan və ya mobil nömrənizdən qeyri-qanuni məqsədlərlə istifadə edildiyini müəyyən etmisinizsə, hesabınıza mənbəyi şübhəli olan pul vəsaitləri köçürülübsə, mobil nömrənizə şübhəli SMS-lər daxil olursa və ya sizə ödəniş müqabilində bank kartı məlumatlarınızı təqdim etmək təklif edilirsə, ayıq-sayıqlıq nümayiş etdirməyiniz və dərhal polis orqanlarına məlumat verməyiniz tövsiyə olunur.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar