Xəbər lenti
2-09-2026, 15:00
 

Tərtər Rayon İcra Hakimiyyətində aparat müşavirəsi keçirilib Fotolar

Tarix: 24-08-2026 15:47     Baxış: 896

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun sədrliyi ilə aparat müşavirəsi keçirilib.

Mubarizciler.az xəbər verir ki, Müşavirədə rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.

Müşavirədə ilk növbədə rayonda kənd təsərrüfatı sahəsində qarşıda duran mühüm vəzifələr və cari mövsümi işlər geniş müzakirə edilib. 

Rayon rəhbəri əkin sahələrinin suvarılmasında növbəlilik prinsipinə ciddi əməl olunması, pambıq tarlalarında becərilmənin aqrotexniki qaydalara uyğun aparılması ilə bağlı aidiyyəti şəxslərə konkret tapşırıqlar verib. Daha sonra müşavirədə vətəndaş müraciətlərinə qanunvericiliyin tələblərinə uyğun olaraq çevik və obyektiv baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi, şəhid ailələrinin və qazilərin sosial qayğılarının öyrənilərək vaxtında həlli, yerlərdə səyyar qəbulların təşkili istiqamətində görülən tədbirlər barədə məlumat verilib. Bununla yanaşı, Dövlət Nəzarəti İnformasiya Sistemi (DNİS) üzrə tapşırıqların icra vəziyyəti, bələdiyyə vergilərinin yığılması işinin təşkili, daşınmaz əmlakın icbari sığortası ilə bağlı əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi, rayon ərazisində aparılan tikinti işlərinin mövcud şəhərsalma və arxitektura tələblərinə tam uyğunluğu, Tərtər şəhərində və bütün yaşayış məntəqələrində yolkənarı ərazilərdə təmizlik-abadlıq işlərinin aparılması, habelə yas mərasimlərində israfçılığın qarşısının alınması və ehsanların sadələşdirilməsi istiqamətində əhali arasında maarifləndirici söhbətlərin aparılması məsələləri müzakirə edilib.

Yekunda rayon rəhbəri tərəfindən  müzakirə edilən məsələlər barədə aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar