Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 
14-08-2026, 12:31
 

Teybə Tağıyeva :"26 Avqust – Laçın Şəhəri Günü" tarixi qayıdış və dirçəliş

Tarix: 24-08-2026 21:47     Baxış: 693

Laçın şəhəri Azərbaycanın qədim və strateji əhəmiyyətə malik yaşayış məntəqələrindən biridir. Şəhərin tarixi, mədəni irsi və əlverişli coğrafi mövqeyi onu ölkəmizin mühüm bölgələrindən birinə çevirir. Laçının işğaldan azad olunması Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası istiqamətində mühüm hadisələrdən biri olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi bu ərazilərin tarixinin və azadlıq günlərinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Sərəncama əsasən, 26 avqust Laçın Şəhəri Günü kimi müəyyən edilmişdir.

Laçın Şəhəri Gününün təsis olunması şəhərin tarixində xüsusi əhəmiyyət daşıyan 26 avqust tarixinin əbədiləşdirilməsinə xidmət edir. Bu gün yalnız Laçının azadlığını deyil, həm də şəhərin yenidən qurulmasını, sosial-iqtisadi inkişafını və burada həyatın bərpasını ifadə edir. İşğaldan azad edildikdən sonra Laçında genişmiqyaslı quruculuq və abadlıq işlərinə başlanılmış, şəhərin müasir standartlara uyğun yenidən qurulmasına xüsusi diqqət yetirilmişdir.

Bu baxımdan 26 Avqust – Laçın Şəhəri Günü həm tarixi yaddaşın qorunması, həm də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq prosesinin əhəmiyyətinin nümayiş etdirilməsi baxımından mühüm tarixdir. Laçının dirçəlişi doğma torpaqlara qayıdışın, milli həmrəyliyin və Azərbaycanın gələcəyə yönəlmiş inkişaf siyasətinin simvolu kimi qiymətləndirilə bilər.

Laçın Şəhəri Gününün hər il qeyd olunması şəhərin tarixi keçmişinin, milli-mədəni irsinin və azadlıq tarixinin təbliğinə mühüm töhfə verir. Bu əlamətdar tarix Laçının Azərbaycan xalqının yaddaşındakı xüsusi yerini bir daha nümayiş etdirir.


Teybə Tağıyeva 

Xocavənd könüllüsü



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar