Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 
14-08-2026, 12:31
 

Naftalanda “Azərbaycanın memarlıq irsinin qorunması və təbliğində Mehriban Əliyevanın rolu” mövzusunda tədbir keçirilib Fotolar

Tarix: 25-08-2026 18:23     Baxış: 280

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan memarlıq irsinin qorunması və təbliğində Mehriban Əliyevanın rolu” mövzusunda tədbir keçirilib.

Mubarizciler.az xəbər verir ki, tədbirdə ŞİH-nin məsul əməkdaşları, YAP Naftalan şəhər təşkilatının, şəhər Ağsaqqallar Şurasının sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar və gənclər iştirak edib.

Mehriban xanım Əliyevanın  müstəsna xidmətlərini özündə ehtiva edən kitab sərgisinə baxış keçirilib,  sənədli film nümayiş olunub.

Tədbirdə dövlətimiz tərəfindən Azərbaycan memarlıq və mədəni irsinin qorunması, tarixi-mədəni və dini abidələrin bərpası, onların özünəməxsus memarlıq xüsusiyyətlərinin yaşadılması və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı layihələrdən bəhs olunub.

Bu sahədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsləri və mühüm fəaliyyəti xüsusi qeyd edilib. Mehriban xanım Əliyevanın milli-mədəni irsin qorunması, tarixi abidələrin bərpası, eləcə də Azərbaycanın zəngin memarlıq irsinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirdiyi məqsədyönlü fəaliyyətinin əhəmiyyəti diqqətə çatdırılıb.

Eyni zamanda, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən milli və dünya mədəni irsinin qorunması və bərpası, mədəniyyətlərarası dialoqun təşviqi, xeyriyyəçilik və humanitar təşəbbüslərin dəstəklənməsi istiqamətində həyata keçirilən çoxsaylı layihələrdən bəhs olunub.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar