Goranboyun İcra başçısı Nərimanlı kəndində sakinlərlə görüşüb Fotolar

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun Nərimanlı kəndində sakinlər, kənd ağsaqqalları və ictimaiyyət nümayəndələri ilə görüşdü.
Mubarizciler.az xəbər verir ki, Görüş zamanı rayon İcra Hakimiyyətinin başçısı kəndin sosial-iqtisadi inkişafı, əhalinin gündəlik yaşayış şəraitinin yaxşılaşdırılması, həlli vacib məsələlər, səyyar qəbulları zamanı qaldırılmış müraciətlər, xüsusilə kəndin elektrik təsərrüfatının yenilənməsi, küçələrin işıqlandırılması və artezian quyuları ilə bağlı yaranmış çətinliklərin həlli məsələləri, eləcə də sakinləri narahat edən digər problemləri dinləyərək onları narahat edən məsələlərin hər birinin diqqətlə araşdırılmasının və aidiyyəti qurumlarla birgə həlli istiqamətində zəruri tədbirlərin görülməsinin vacibliyini vurğuladı.
Məhərrəm Quliyev yerlərdə sakinlərlə mütəmadi görüşlərin keçirilməsi, onların problemlərinin birbaşa dinlənilməsi və qaldırılan məsələlərin operativ şəkildə araşdırılması rayon rəhbərliyinin fəaliyyətində əsas istiqamətlərdən biri olduğunu qeyd edərək, vətəndaşların müraciətlərinə həssas və diqqətli yanaşılması, onların haqlı tələblərinin imkanlar daxilində təmin edilməsi və əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcəyini bildirdi.
Görüşdə kənd sakinləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edərək, onları narahat edən məsələlərin həlli ilə bağlı müvafiq addımların atılacağına əminliklərini bildirdilər.


Xəbəri paylaş







































0772703001 