Xəbər lenti
Dünən, 13:50
 
18-08-2026, 14:05
 
14-08-2026, 12:31
 
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib Fotolar + Yenilənib

Tarix: 19-08-2026 17:19     Baxış: 623

19.08.2026-cı il tarixində Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib.

Mubarizciler.az xəbər verir ki, Avqustun 19-da Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun sədrliyi ilə keçirilən iclasda gündəliyə uyğun olaraq “Daşkəsən RİHB-nin Bayan, Quşçu, Dəstəfur, Əmirvar, Zağalı, Qabaqtəpə və Muşavaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin fəaliyyəti” müzakirə olunub.

İclasda Şura üzvləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər. Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov giriş nitqində kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin fəaliyyətinin daha da təkmilləşdirilməsinin, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasının, əhalinin sosial problemlərinin yerində öyrənilməsinin və onların həlli istiqamətində aidiyyəti qurumlarla birgə operativ tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Məsələ ilə bağlı Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi-təşkilat məsələləri sektorunun baş məsləhətçisi Kazım Kamalovun hazırladığı arayış dinlənilib. Arayışda qeyd olunan kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin fəaliyyəti, ərazilərdə sosial-iqtisadi məsələlərin həlli, vətəndaş müraciətlərinə baxılması, əhalinin problemlərinin öyrənilməsi və onların həllinə dair görülmüş işlər barədə məlumat verilib. Həmçinin kənd yaşayış məntəqələrində abadlıq, sanitariya-təmizlik və səliqə-sahman işlərinin vəziyyəti, mövcud çatışmazlıqlar və onların aradan qaldırılması üçün həyata keçirilməsi nəzərdə tutulan tədbirlər diqqətə çatdırılıb. İcra başçısı Orxan Abbasov müzakirə olunan məsələ ilə bağlı aidiyyəti üzrə konkret tapşırıqlar verib və müvafiq qərar qəbul edilib.

19.08.2026-cı il tarixində Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib

Xəbəri paylaş

Çox oxunanlar

Son yüklənənlər

Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar