Xəbər lenti
18-11-2024, 12:06
 

Fermerlərlə növbəti maarifləndirici görüş Goranboy rayon Düzqışlaq kəndində keçirilib - FOTO 0

Tarix: 15-09-2023 09:21     Baxış: 2 982

Fermerlərlə növbəti maarifləndirici görüşümüz   Goranboy rayon Düzqışlaq kəndində olmuşdur. 

  Fermerlərə:

 -  Kənd təsərrüfatı məhsulları istehsalçılarına bu sahədə tətbiq edilən güzəştlərdən və subsidiyalardan istifadə edə bilmələri üçün müraciət etmək qaydası  , subsidiya müraciətinin formalaşması üçün hüquq müəyyənedici sənədlərin növləri və onların Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə   (EKTİS) işlənilmə qaydası;

-Kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə edilməsi, onların keyfiyyətinin yaxşılaşdırılması, torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması, münbitliyinin bərpası və mühafizəsi üçün görülməli olan tədbirlər;

-Aqrar sığorta haqqında ümumi məlumat , bitkiçilik və heyvandarlıq sahələri üzrə sığorta paketləri və müraciət qaydası;

- “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalında qeydiyyat prosesi və istifadə qaydaları;

-Bitkiçilik və heyvandarlıq sahələrinin intensiv inkişafının təmin edilməsi üçün həyata keçirilən tədbirlər, yeni texnika və texnologiyaların, innovativ inkişaf üsullarının tətbiq edilməsi ;

-Suvarmada olan yeni texnologiyalar və məhdud su ehtiyatlarından səmərəli istifadə;

- Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə müəssisələrin yaradılması və yenidən qurulması barədə təkliflər , onların fəaliyyətinin dəstəklənməsi;

-Kənd təsərrüfatı məhsullarının istehsalçılarına və emalçılarına aqroservis, aqrokimyəvi, informasiya-məsləhət və digər xidmətlərin “vahid pəncərə”, operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsipləri əsasında göstərilməsi;

- Fermerlərin  aqrar sahə ilə bağlı problemlərin həllində mərkəzi və yerli  icra hakimiyyəti orqanlarının struktur bölmələrinə müraciət etmək qaydası;

-Kənd təsərrüfatı istehsalçılarına dəstək məqsədi ilə yaradılmış fermerlər və koordinasiya şurasında aktiv iştirakın  vacibliyi haqqında məlumat verildi. 

Mubarizciler.az-ın məlumatına görə, Fermerlərin şikayət və təklifləri dinlənildi, Dövlət Aqrar İnkişaf Mərkəzinin səlahiyyətləri daxilində olan məsələlər cavablandırıldı, digər məsələlər barəsində ümumiləşdirilmiş formada adiyyatı orqanlara məlumat verildi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar