Xəbər lenti
10-11-2026, 14:20
 
8-11-2026, 12:47
 

Goranboyda “Zəfər nəsli” düşərgəsinin açılış mərasimi keçirildi Fotolar

Tarix: 19-11-2026 12:54     Baxış: 595

Goranboyda “Goranboy 2026 – Gənclər Paytaxtı” Tədbirlər Planı çərçivəsində “Zəfər nəsli” düşərgəsinin açılış tədbiri keçirildi

Mubarizciler.az xəbər verir ki, Goranboy Rayon İcra Hakimiyyəti, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Goranboy Olimpiya İdman Kompleksində “Goranboy 2026 – Gənclər Paytaxtı” Tədbirlər Planı çərçivəsində  “Zəfər nəsli” düşərgəsinin açılış mərasimi keçirildi.

Tədbirin rəsmi hissəsində çıxış edən Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov düşərgə iştirakçılarını salamlayaraq, onlara uğurlar arzulayıb, gənclərin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi istiqamətində bu cür tədbirlərin əhəmiyyətini vurğuladılar.

Daha sonra tədbirin bədii hissəsində iştirakçılara milli rəqs nümunələri təqdim olundu.

Qeyd edək ki, üç gün davam edəcək düşərgədə Gəncə və Naftalan şəhərləri, Goranboy, Daşkəsən, Samux və Göygöl rayonlarından ümumilikdə 60 nəfər gənc iştirak edir. Düşərgə müddətində məktəblilər üçün maarifləndirici görüşlər, intellektual və idman yarışları, komanda quruculuğu təlimləri və digər inkişafyönümlü tədbirlər  təşkil olunacaq.

“Zəfər nəsli” düşərgəsinin keçirilməsində əsas məqsəd gənclər arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, sağlam həyat tərzinin təşviqi, region gəncləri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və asudə vaxtlarının səmərəli təşkil edilməsidir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar