Göygöldə Dövlət Proqramının icrası ilə bağlı monitorinq keçirilib Fotolar + Yenilənib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın yerlərdə icra vəziyyətinin qiymətləndirilməsi məqsədilə Göygöl rayonunda növbəti monitorinq təşkil olunub.
Mubarizciler.az xəbər verir ki, Monitorinq çərçivəsində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 10-cu ərazi sektorunun müdiri Adil Vəliyev və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin üzvü Elşən Məmmədov iri fermer təsərrüfatlarına, intensiv bağçılıq və tingçilik bağlarına baxış keçiriblər.
Səfər zamanı, həmçinin soyuducu anbar, emal müəssisələrinin və heyvanlar üçün karantin mərkəzinin yaradılması istiqamətində yerli sahibkarlarla görüşlər baş tutub.
Tədbirin əsas məqsədi Dövlət Proqramından irəli gələn vəzifələrin icra səviyyəsini yoxlamaq, rayonun aqrar potensialından səmərəli istifadə imkanlarını araşdırmaq, müasir və intensiv kənd təsərrüfatı texnologiyalarının tətbiqi vəziyyəti ilə tanış olmaq və istehsal göstəricilərini yerində təhlil etmək olub.
Baxış zamanı təsərrüfat rəhbərləri və sahə mütəxəssisləri ilə geniş fikir mübadiləsi aparılıb. Rayonun aqrar sektorunun davamlı inkişafının təmin edilməsi, məhsuldarlığın və istehsal həcminin artırılması, eləcə də yerli əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi məqsədilə aidiyyəti qurumların məsul şəxslərinə müvafiq tapşırıq və tövsiyələr verilib.





Xəbəri paylaş







































0772703001 