Xəbər lenti

Azərbaycan məktəbliləri Avropa çempionatında beş medal qazandılar 0

Tarix: 22-05-2023 14:07     Baxış: 1 120


Albaniyada keçirilən şahmat üzrə məktəblilər arasında Avropa çempionatı sona çatıb.

Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, 25 ölkədən 208 “iti zəka sahibi”nin iştirak etdiyi qitə birinciliyində Azərbaycan təmsilçiləri 5 medal qazanıblar. Məktəbli şahmatçılarımız 2 qızıl, 2 gümüş və bir bürünc medala layiq görülüblər. Bununla komandamız medal sıralamasında 3-cü yeri tutub.

17 yaşadək oğlanlar kateqoriyasında çıxış edən Aqil İsrailov və 9 yaşadək oğlanların yarışında mübarizə aparan Yasin Əzimov çempionatın qızıl medalına sahib çıxıblar. 13 yaşadək olan kateqoriyada Səadət Bəşirli qızların, Mirsaleh Seyidli isə oğlanların yarışında gümüş medal qazanıblar. 15 yaşadək qızlar kateqoriyasında çıxış edən Nurtən Nuriyeva bürünc medalla mükafatlandırılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar