Xəbər lenti
18-11-2024, 12:06
 

Fərid Şərifov: Fəxriyyə Xələfova çox sadə və mehriban insandır 0

Tarix: 26-03-2023 00:54     Baxış: 4 705

Fəxriyyə Xələfova çox sadə və mehriban insandır


Fəxriyə Xələfova azərbaycanlı rəssam-modelyer, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti, “Fakhriya Khalafova” moda evinin təsisçisidir. 2006-cı ildə əməkdar incəsənət xadimi seçilmişdir.


Fəxriyə Xələfova yaşı

1969cu-il 31 dekabr tarixində Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur (54 yaşında) Fəxriyə Xələfova tanınmış  Xələfbəyovlar nəslindəndir. Atası Rafiq Xələfov 1979-1989-cu illərdə Azərbaycan SSR-in Avtomobil yollarının istismarı və tikintisi naziri olmuşdur. Anası Əliyeva Rəfiqə Əlirza qızı kimya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2014), “Şöhrət” ordeni laureatı, əməkdar elm xadimidir.


Fəxriyə Xələfova təhsili

İlkin təhsilini Bakı şəhəri 6 saylı orta məktəbdə almışdır. 1985-1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin insan beyninin neyrofiziologiyası ixtisası üzrə təhsil almışdır. Daha sonra Elmlər Akademiyasında Psixologiya ixtisası üzrə aspirantura dərəcəsini bitirmişdir. Təhsilinə Türkiyədə davam etmiş və Xüsusi ali Bədii dizayn məktəbini bitirmişdir. Təşkil olunan bir sıra beynəlxalq müsabiqələrdə müxtəlif  diplom və mükafatlara layiq görülmüşdür.

Fəxriyə Xələfova fəaliyyətləri

Moda sahəsində  1998-ci ildən peşəkar modelyer olaraq fəaliyyətinə davam edir. Modelyerin “Sirr”, “Neft ilahəsi”, “Ays”, “Ümid ritmləri” kimi kolleksiyaları Rusiya, Qazaxıstan, Gürcüstan, Belarus və Almaniyada nümayiş etdirilmişdir. “EKSPO-2000” Ümumdünya sərgisində və bunun kimi bir sıra beynəlxalq moda müsabiqələrində  münsiflər heyəti üzvü və sədri kimi iştirak etmişdir. 2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətə başlamışdır. 2015-ci ildə Modelyer dosent elmi dərəcəsi verilmişdir. Hal-hazırda “Fakhriya Khalafova” Moda və dizayn mərkəzinə rəhbərlik edir.

2018-ci ildə Özbəkistan Respublikasına “Asiya, Afrika və Avropa ölkələri arasında Miss union fashion 2018” tədbiri çərçivəsində səfəri zamanı Özbəkistan Dövlət Tətbiqi İncəsənət Muzeyinə və Özbəkistan Dövlət Muzeyinə şəxsi kolleksiyasından olan özbəkistan ipəyindən hazırlanmış libasları hədiyyə etmişdir.

Elə insanlar var ki, onlar özünə məxsus xüsusiyyətləri ilə hərkəsin rəğbətini qazanır.

Fəxriyyə xanım Xələfova belə insanlardandır.

Fəxriyyə xanım tanıdığı bildiyi hərkəsə öz doğması kimi yanaşır. Həmdə çox sadə və mehriban insandır. O, zəhmətkeş və qayğıkeşdır.

Tanrı sizi qorusun dəyərli Fəxriyyə xanım.Hər zaman varolun. 


Hörmətlə Fərid Şərifov



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar