Xəbər lenti
26-09-2026, 12:29
 

Tərtər Polisi məktəblilərlə maarifləndirici tədbir keçirdib Foto

Tarix: 07-01-2026 16:35     Baxış: 1 407

Tərtər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Azadqaraqoyunlu kənd tam orta məktəbində şagirdlərlə narkomaniyanın fəsadlarına və digər mənfi vərdişlərdən qorunma yollarına dair maarifləndirici tədbir təşkil olunub.

Mubarizciler.az xəbər verir ki, Tədbirdə RPŞ-nin rəisi polis polkovnik-leytenantı Rüfət Məmmədov çıxış edərək narkotik vasitələrin insan sağlamlığına, psixoloji vəziyyətinə və sosial həyatına vurduğu mənfi təsirlərdən danışıb. Qeyd olunub ki, narkomaniya gənclərin təhsilinə, şəxsi inkişafına və ümumilikdə cəmiyyətin rifahına ciddi təhlükə yaradır.

Şagirdlərə riskli vəziyyətlərdən qorunma yolları, sağlam həyat tərzinin üstünlükləri və təhlükəli sosial mühitdə düzgün davranış qaydaları barədə ətraflı məlumat verilib. Həmçinin kiber məkan və sosial şəbəkələrdə baş verə biləcək dələduzluq halları və onlardan qorunma üsulları da izah olunub. Tədbirin sonunda şagirdlərin sualları cavablandırılıb və mövzu ilə bağlı maarifləndirici videoçarx nümayiş olunub.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar