Goranboyda Ağsaqqallar Şurasının hesabat-seçki iclası keçirildi Fotolar

Goranboy rayon Ağsaqqallar Şurasının hesabat-seçki iclası keçirildi.
Mubarizciler.az xəbər verir ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyev, rayon Ağsaqqallar Şurasının idarə heyətinin üzvləri, rayonun ağsaqqalları, ziyalıları və ictimaiyyət nümayəndələri iştirak etdiyi iclasdan əvvəl tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Goranboy şəhərində ucaldılmış abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etdilər.
Daha sonra Goranboy rayon Ağsaqqallar Şurasının hesabat-seçki iclası öz işinə başladı.
İclası giriş sözüilə açan Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun ictimai həyatında ağsaqqalların xüsusi yer tutduğunu vurğuladı.
Məhərrəm Quliyev ağsaqqallar xalqımızın zəngin həyat təcrübəsinin və mənəvi dəyərlərinin daşıyıcıları olduğunu, onların tövsiyələri və ictimai proseslərdə fəal iştirakı cəmiyyət üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Rayon rəhbəri Goranboyda ağsaqqalların ictimai fəallığının yüksək qiymətləndirildiyini, onların gənc nəslin tərbiyəsində, milli-mənəvi dəyərlərin qorunmasında və ictimai həmrəyliyin möhkəmləndirilməsində mühüm xidmətlər göstərdiyini qeyd edərək ağsaqqallara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, rayonun ictimai həyatında onların fəal iştirakının bundan sonra da davam etdirilməsinin vacibliyini diqqətə çatdırdı.
Çıxış edən Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyev çıxışında ağsaqqallar institutunun Azərbaycan cəmiyyətindəki ənənəvi və mühüm rolundan danışaraq qeyd etdi ki, ağsaqqallar həyat təcrübələri, müdrik məsləhətləri və cəmiyyətə nümunə olan fəaliyyəti ilə hər zaman hörmət qazanıblar. O, Goranboy rayon Ağsaqqallar Şurasının ötən dövr ərzində fəaliyyətini müsbət qiymətləndirərək, şuranın rayonun ictimai həyatında daha fəal iştirak etməsinin əhəmiyyətini vurğuladı.
Rayon Ağsaqqallar Şurasının sədri Rəddin Məmmədov hesabat məruzəsiylə çıxış edərək bildirdi ki, ölkəmizdə ağsaqqallara və ziyalılara hər zaman böyük hörmət və ehtiram göstərilir. Ağsaqqallar cəmiyyətin mənəvi dəyərlərinin qorunmasında, gənc nəslin milli-mənəvi ruhda tərbiyəsində, ictimai həmrəyliyin və vətəndaş birliyinin möhkəmləndirilməsində mühüm rol oynayırlar.
rayon Ağsaqqallar Şurasının ötən dövr ərzində gördüyü işlər barədə ətraflı məlumat verərək bildirdi ki, şura üzvləri rayonun ictimai həyatında fəal iştirak edib, müxtəlif tədbirlərdə, görüşlərdə və maarifləndirici təşəbbüslərdə yaxından iştirak ediblər. Ağsaqqallar tərəfindən gənclərlə aparılan söhbətlərdə milli-mənəvi dəyərlərin, ailə ənənələrinin, vətənpərvərlik hissinin və dövlətçilik prinsiplərinin təbliğinə xüsusi diqqət yetirilib.
Sonra hesabat məruzəsi ətrafında çıxışlar dinlənildi. Çıxış edən ağsaqqallar və ziyalılar rayon Ağsaqqallar Şurasının fəaliyyətindən danışaraq görülən işlərin əhəmiyyətini qeyd edib, qarşıdakı dövr üçün bir sıra təklif və tövsiyələr səsləndirdilər.
Müzakirələrdən sonra rayon Ağsaqqallar Şurasının hesabatı qəbul edildi.
İclasın gündəliyinə uyğun olaraq təşkilati məsələyə də baxılıb. Səsvermə nəticəsində Rəddin Məmmədov yenidən Goranboy rayon Ağsaqqallar Şurasının sədri seçildi.
Rəddin Məmmədov ona göstərilən etimada görə təşəkkürünü bildirərək qarşıdakı dövrdə də rayon ağsaqqallarının fəallığının artırılması, onların ictimai proseslərdə iştirakının təmin edilməsi və gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə töhfə verilməsi istiqamətində səylərin davam etdiriləcəyini qeyd etdi.
Tədbirin sonunda Goranboy rayon Ağsaqqallar Şurasının yeni seçilmiş idarə heyətinə fəaliyyətində uğurlar arzulanıb, rayonun ictimai həyatında ağsaqqalların fəal iştirakının bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulandı.
Sonda xatirə şəkili çəkdirildi.

Xəbəri paylaş







































0772703001 