Xəbər lenti

Ağstafada Anım Günü ilə bağlı silsilə tədbirlər keçirilib Fotolar

Tarix: 28-09-2026 08:50     Baxış: 1 204

27 Sentyabr – Anım Günü ilə əlaqədar Ağstafa rayonunda şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.

Mubarizciler.az xəbər verir ki, bu münasibətlə şəhid ailələri və qazilərin iştirakı ilə müxtəlif tədbirlər keçirilib, şəhidlərin xatirəsinə ağacəkmə aksiyası təşkil olunub, “Anım Günü”nün tarixi əhəmiyyəti mövzusunda dəyirmi masa keçirilib.

Tədbirlər çərçivəsində Ağstafa Şəhidlər Memorial Abidə Kompleksi və Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərin məzarları üzərinə gül dəstələri qoyularaq onların əziz xatirəsi ehtiramla yad edilib.

Keçirilən tədbirlərdə bildirilib ki, Vətən uğrunda canından keçən şəhidlərin qəhrəmanlığı xalqımızın yaddaşında əbədi yaşayacaq. Şəhidlərin xatirəsinə göstərilən ehtiram və onların ailələrinə diqqət dövlət siyasətinin mühüm istiqamətlərindən biri olmaqla yanaşı, hər bir vətəndaşın mənəvi borcudur.

 




















Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar