Xəbər lenti

Goranboy meşələrində şəhidlərin xatirəsinə 1650 ting əkildi Fotolar

Tarix: 26-09-2026 19:57     Baxış: 742

27 Sentyabr – Anım Günü ilə əlaqədar Goranboy Rayon İcra Hakimiyyətinin iştirakı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin təşkilatçılığı ilə 10 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Yeni Ağcakənd meşəbəyliyinin  10ª saylı meşə dolayısında ağacəkmə aksiyası keçirildi.

Mubarizciler.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin, 10 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, 10 saylı Regional Nəqliyyat İdarəsinin, Göygöl Milli Parkının, yerli icra nümayəndəliklərinin, bələdiyyələrin, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdiyi aksiyanın keçirilməsində əsas məqsəd 27 Sentyabr – Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək, onların müqəddəs xatirəsini, təbiətin qorunması və yaşıllaşdırılması kimi təşəbbüslə əbədiləşdirmək, həmçinin ətraf mühitin mühafizəsinə ictimai diqqəti artırmaqdır.

Tədbir iştirakçıları tərəfindən 0.5 ha ərazidə 1650 ədəd tinglər əkilərək, yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirildi..

Ağacəkmə aksiyası həm şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın ifadəsi, həm də gələcək nəsillərə daha sağlam, yaşıllıqla zəngin və ekoloji cəhətdən təmiz ətraf mühitin miras qoyulmasına yönəlmiş mühüm təşəbbüs kimi xüsusi əhəmiyyət daşıyır.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar