Xəbər lenti

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirild Fotolar

Tarix: 24-09-2026 19:19     Baxış: 2 275

Goranboy Rayon İcra Hakimiyyətinin dəstəyi, Goranboy Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirildi.

Mubarizciler.az xəbər verir ki, Tədbir iştirakçıları əvvəlcə Şəhidlər Xatirə Kompleksini ziyarət edərək, Vətən müharibəsində canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad etdilər, abidə önünə gül dəstələri qoydular.

Daha sonra Rayon Mərkəzi Xəstəxanasında davam etdirilən tədbirdə Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edənlər 27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında xüsusi əhəmiyyət daşıdığını qeyd etdilər. Çıxışlarda Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhidlərimizin şərəfli döyüş yolundan, onların Vətən qarşısında göstərdikləri misilsiz xidmət və fədakarlıqdan bəhs olundu.

Bildirildi ki, şəhidlərimizin əziz xatirəsinin daim uca tutulması, onların həyat və döyüş yolunun gələcək nəsillərə çatdırılması hər birimizin mənəvi borcudur.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar