Xəbər lenti
15-09-2026, 17:52
 

Goranboyda aqrar sahədə yeni layihələrin icrası ilə bağlı monitorinqlər davam edir Fotolar + Yenilənib

Tarix: 21-09-2026 19:00     Baxış: 637

Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” ölkədə aqrar sahənin yeni inkişaf mərhələsinə keçirilməsini, intensiv və rəqabətqabiliyyətli istehsal modelinin genişləndirilməsini, məhsuldarlığın artırılmasını, müasir texnologiyaların tətbiqinin sürətləndirilməsini və ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsini qarşıya mühüm vəzifələr kimi qoyur.

Dövlət Proqramında kənd təsərrüfatı məhsullarının istehsalı və emalında müasir yanaşmaların tətbiqi, resurslardan, xüsusilə su və torpaq ehtiyatlarından səmərəli istifadə, aqrar dəyər zəncirinin inkişaf etdirilməsi, istehsalçıların müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsi, emal və logistika infrastrukturunun gücləndirilməsi, eləcə də yerli istehsalın və ixrac potensialının artırılması əsas istiqamətlər kimi müəyyənləşdirilmişdir. Proqram çərçivəsində aqrar sahədə məhsuldarlığın və rəqabət qabiliyyətinin yüksəldilməsi ilə yanaşı, iqlimə davamlı və innovasiya əsaslı istehsal modelinə keçidin sürətləndirilməsi nəzərdə tutulur.

Mubarizciler.az xəbər verir ki, Dövlət Proqramının regionlarda icrası ilə əlaqədar Goranboy rayonunda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən təsərrüfatlarında monitorinqlər davam etdirilir.

Növbəti monitorinq çərçivəsində Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Adil Vəliyev, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə, eləcə də rayonda yaradılmış Qərargahın üzvləri Goranboy rayonunun Muzdurlar kəndində kənd təsərrüfatı texnikalarının istehsalı ilə məşğul olan müəssisədə oldular.

Monitorinq zamanı müəssisənin fəaliyyəti, istehsal imkanları, mövcud maddi-texniki baza, istehsal olunan məhsulların çeşidi, texnoloji proseslər və gələcək inkişaf perspektivləri ilə bağlı ətraflı məlumat verilərək bildirildi ki, müəssisədə kənd təsərrüfatında istifadə olunan müxtəlif texnika və avadanlıqlar, o cümlədən lazer mala, diskli mala, dişli mala və müxtəlif təyinatlı ferma avadanlıqları istehsal olunur. İstehsal prosesində müasir texnologiyalardan və yerli imkanlardan istifadə edilməklə kənd təsərrüfatı istehsalının texniki təminatına töhfə verilməsi məqsədilə müxtəlif növ aqrar texnikaların hazırlanması həyata keçirilir.

Baxış zamanı müəssisənin istehsal gücünün artırılması, məhsul çeşidinin genişləndirilməsi, yeni texnologiyaların tətbiqi, müasir kənd təsərrüfatı texnikalarının istehsalının artırılması və rayonun aqrar təsərrüfatlarının texniki ehtiyaclarının yerli istehsal hesabına daha geniş şəkildə qarşılanması məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Qeyd olundu ki, kənd təsərrüfatının müasir texnika və avadanlıqlarla təmin edilməsi məhsuldarlığın yüksəldilməsi, əmək və vaxt itkilərinin azaldılması, aqrotexniki tədbirlərin optimal müddətdə həyata keçirilməsi və istehsal xərclərinin səmərələşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan regionlarda kənd təsərrüfatı texnikalarının istehsalı və texniki xidmət imkanlarının genişləndirilməsi aqrar sektorun dayanıqlı inkişafının əsas amillərindən biri hesab olunur.

Rayonda aparılan monitorinqlərin əsas məqsədi aqrar sahədə həyata keçirilən layihələrin icra vəziyyətinin öyrənilməsi, mövcud imkan və problemlərin müəyyənləşdirilməsi, istehsalçıların qarşılaşdıqları məsələlərin operativ həlli və Dövlət Proqramından irəli gələn tədbirlərin yerlərdə səmərəli icrasının təmin edilməsidir.

Goranboy rayonunda kənd təsərrüfatının inkişafı, müasir istehsal və emal imkanlarının genişləndirilməsi, yerli istehsalın artırılması, aqrar sahədə çalışan sahibkarlara dəstəyin gücləndirilməsi və yeni layihələrin həyata keçirilməsi istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar