Goranboyda İcra başçısı 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid ailələri və qazilərlə görüşdü Fotolar

27 Sentyabr – Anım Günü ilə əlaqədar Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş bir qrup qəhrəmanların ailə üzvləri, və qazilərlə görüşdü.
Mubarizciler.az xəbər verir ki, Görüşdə çıxış edən Məhərrəm Quliyev Azərbaycan Ordusunun Vətən müharibəsi zamanı göstərdiyi şücaətdən də bəhs edərək, torpaqlarımızın azadlığı uğrunda döyüşən hər bir hərbçinin qəhrəmanlığı xalqımız üçün örnək olduğunu bildirdi.
Rayon rəhbəri qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına hərtərəfli dövlət dəstəyi göstərilir. Şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin olunması və digər məsələlərin həlli istiqamətində həyata keçirilən tədbirlər dövlətin bu kateqoriyadan olan vətəndaşlara diqqətinin göstəricisidir.
Daha sonra şəhid ailələrinin və qazilərin müraciətləri dinlənildi. Onları narahat edən məsələlər barədə fikir mübadiləsi aparılaraq, səsləndirilən müraciətlərin araşdırılması və həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verildi.
Şəhid ailələri və qazilər göstərilən diqqətə və onların müraciətlərinə həssas münasibətə görə minnətdarlıqlarını ifadə etdilər.


Xəbəri paylaş







































0772703001 