Xəbər lenti

Anar Məmmədov Tərtərdə Qazi ailəsini ziyarət edib Fotolar

Tarix: 25-09-2026 17:43     Baxış: 511

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunun Qaradağlı kəndində I Qarabağ müharibəsi qazisi, I qrup əlil Niyazi Əlövsət oğlu Qurbanovun ailəsini ziyarət edib.

Mubarizciler.az xəbər verir ki, görüşdə Yeni Azərbaycan Partiyasının (YAP) Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, “Qarabağ Müharibəsi Veteranları” İctimai Birliyinin nümayəndələri, eləcə də şəhid ailələri və qazilər iştirak ediblər.

Ziyarət zamanı Niyazi Qurbanov hərəkət məhdudiyyəti və əlil arabasından istifadə etməsi ilə əlaqədar, yaşadığı həyətyanı sahədən ana yola qədər olan hissənin asfaltlanması xahişi ilə millət vəkilinə müraciət edib. Müraciət dərhal nəzarətə götürülərək qısa zamanda həllini tapıb və sözügedən əraziyə yeni asfalt örtüyü salınaraq qazinin istifadəsinə verilib.

Göstərilən diqqət və qayğıya görə qazi və onun ailə üzvləri ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. 












Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar