Xəbər lenti

27 Sentyabr – Anım Günü münasibətilə Goranboyda silsilə tədbirlər keçirilib Fotolar + Yenilənib

Tarix: 27-09-2026 17:08     Baxış: 847

27 Sentyabr – Anım Günü münasibətilə Goranboy rayonunda Vətən uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsinə həsr olunmuş silsilə anım tədbirləri keçirildi.

Mubarizciler.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və müxtəlif idarə, müəssisə və təşkilatlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdən öncə ağacəkmə aksiyası keçirildi. Şəhidlərimizin əziz xatirəsinə ithaf olunan aksiya zamanı əkilən ağaclar şəhidlərimizin ölməz xatirəsinə ehtiramın, Vətənə bağlılığın və gələcək nəsillərə ötürülən vətənpərvərlik irsinin rəmzi kimi qiymətləndirildi.

Daha sonra Goranboy Şəhidlər Xatirə Kompleksində keçirilən ümumrayon anım tədbirində abidə-kompleksinin önünə gül dəstələri düzülüb, şəhidlərin müqəddəs ruhuna ehtiram ifadə olundu. Rayon rəhbəri şəhid ailələrinin üzvləri ilə görüşərək onların qayğı və müraciətləri ilə maraqlanıb, şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini bildirdi.

Anım tədbiri çərçivəsində Vətən müharibəsinə həsr olunmuş rəsm sərgisinə də baxış keçirildi. 

Tədbirin sonunda Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

27 Sentyabr – Anım Günü münasibətilə Goranboyda silsilə tədbirlər keçirilib - FOTOLAR

  • 27 Sentyabr – Anım Günü münasibətilə Goranboyda silsilə tədbirlər keçirilib - FOTOLAR

Xəbəri paylaş

Çox oxunanlar

Son yüklənənlər

Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar