27 Sentyabr – Anım Günü ilə əlaqədar Goranboy şəhər məscidində anım tədbiri keçirildi Fotolar

27 Sentyabr – Anım Günü ilə əlaqədar Goranboy Rayon İcra Hakimiyyəti, Qafqaz Müsəlmanları İdarəsinin Goranboy–Naftalan bölgəsi üzrə Qazılığı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə–Daşkəsən Regional Bölməsinin birgə təşkilatçılığı ilə Goranboy şəhər məscidində anım tədbiri keçirildi.
Mubarizciler.az xəbər verir ki, Tədbirdən əvvəl iştirakçılar Goranboy şəhərində yerləşən Şəhidlər Xatirə Kompleksini ziyarət edərək, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, abidə kompleksinin önünə gül dəstələri qoydular.
Daha sonra Goranboy şəhər məscidində keçirilən tədbirdə şəhidlərimizin müqəddəs xatirəsi yad olunub, onların ruhuna dualar oxunub və Vətən uğrunda göstərdikləri qəhrəmanlıqlardan bəhs edildi.
Tədbirdə şəhid ailələrinin və qazilərin hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduğu vurğulandı.
Sonda Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş bütün şəhidlərimizin ruhuna dualar oxundu.

Xəbəri paylaş







































0772703001 