Xəbər lenti
26-09-2026, 12:29
 

Baş Prokurorun müavini Gəncədə ağacəkmə kampaniyasında iştirak edib - Fotolar

Tarix: 30-05-2024 16:19     Baxış: 2 016

Baş prokurorun müavini, eləcə də 15 rayon (şəhər) prokuroru Gəncədə ağacəkmə kampaniyasında iştirak edib.

Mubarizciler.az xəbər verir ki bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, mayın 30-da Gəncədə işgüzar konfrans keçirilib.

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib. 

Daha sonra isə iştirakçılar “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində şəhərdə yerləşən Heydər Əliyev adına parkda ağaclar əkib.

Konfransda Baş prokurorun müavini Heydər Məmmədov, 15 ətraf regionun prokuroru, hüquq-mühafizə orqanlarının əməkdaşları, media və qeyri-hökumət nümayəndələri iştirak edib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar