Xəbər lenti
Bu gün, 19:50
 
18-11-2024, 12:06
 

Goranboyda “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı elmi-praktiki konfrans keçirildi - Fotolar

Tarix: 30-05-2024 10:56     Baxış: 952

Goranboyda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu”  adlı elmi-praktiki konfrans keçirildi.

Mubarizciler.az xəbər verir ki,  Goranboy rayon İcra Hakimiyyətinin  “Yaşıl dünya naminə həmrəylik ili”  ilə bağlı,  Tədbirlər Planına uyğun olaraq, Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrinin birgə iştirakı ilə Heydər Əliyev Mərkəzində “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı elmi-praktiki konfrans keçirildi.

Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini Mirvari Ağamalıyeva çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən 2024-cü ilin Azərbaycan Respublikasında  “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və bununla bağlı Goranboy Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə  təsdiq edilmiş, rayonda görüləcək işlərə dair Tədbirlər Planı barədə məlumat verib. Qeyd olunub ki, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Xüsusilə vurğulanıb ki, regionun ən güclü dövləti, beynəlxalq siyasi arenanın bərabərhüquqlu tərəfdaşı kimi müstəqil Azərbaycanın nüfuzu durmadan artır, ölkəmiz qlobal beynəlxalq tədbirlərin və taleyüklü məsələlərin müzakirəsinə ev sahibliyi edir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhvəsinin təqdir olunmasının bariz nümunəsidir. Bütün postsovet məkanında ilk dəfə olaraq bu mötəbər qlobal tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin dünyada getdikcə güclənən mövqeyinin, artan nüfuzunun əyani göstəricisidir. Bu eyni zamanda Beynəlxalq birliyin Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətə dünya səviyyəsində olan böyük hörməti, möhkəm dəstəyi nümayiş etdirir.

Konfransda həmçinin çıxış edən natiqlər  “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçiriləcək tədbirlərdə bütün təşkilatların, habelə geniş rayon ictimaiyyətinin fəal iştirakının zəruriliyini önə çəkərək bu sahədə hamılıqla həmrəylik nümayiş etdirilməsinin vacibliyini vurğulayıblar.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar