Xəbər lenti

Goranboyda qanunsuz tikililərin sökülməsi barədə tədbirlər həyata keçirildi - FOTO

Tarix: 29-04-2024 17:06     Baxış: 1 911

Goranboy rayonu  ərazisində qanunsuz tikintilərlə bağlı qanunamüvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Goranboy rayonununda heç bir hüquqmüəyyənedici sənəd olmadan və mövcud qanunvericiliyin tələblərinə uyğun müvafiq razılıq alınmadan qanunsuz tikinti işlərinin aparılması ilə bağlı müvafiq  araşdırmalar davam etdirilir. 

Mubarizciler.az xəbər verir ki,  Goranboy rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən birgə həyata keçirilən tədbirlər nəticəsində   Qızılhacılı qəsəbəsi,  Balakürd və Boluslu kəndləri ərazilərində qanunsuz quraşdırılmış və heç bir hüquqmüəyyənedici sənədləri olmayan köşk və talvar   sökülmüşdür. Goranboy RİH  aidiyyəti dövlət qurumları ilə birgə, rayon ərazisində qanunsuz tikinti işlərinin qarşısının alınması istiqamətində qanunamüvafiq tədbirlərin görülməsini davam etdirəcəkdir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar