Xəbər lenti
18-11-2024, 12:06
 

Qarabağda milli ruhumuzu yaşadan bayram

Tarix: 18-03-2024 11:58     Baxış: 1 155

Bayram şənliklərinin işğaldan azad olunan ərazilərdə qeyd edilməsi, eyni zamanda Böyük Qayıdış prosesini daha da sürətləndirir. 

Novruz bayramının xalqımızın tarixində, adət-ənənəsində özünəməxsus yeri və rolu vardır. Norvuz bayramının qeyd olunması hamımız üçün maraqlıdır. Xalq əsrlər boyu bunu qoruyub saxlayaraq bu günə çatdırıb, yoxsa min illərdən bu günə kimi heç bir bayram gəlib çata bilməzdi. Azərbaycan dövləti tərəfindən Novruz bayramının yüksək səviyyədə keçirilməsi üçün bütün şərait yaradılıb. Hər il rəsmi səviyyədə ölkəmizdə bayram şənlikləri, müxtəlif tədbirlər təşkil edilir. Eyni zamanda dövlətimiz tərəfindən Novruz bayramının beynəlxalq aləmdə tanınması istiqamətində atılan addımlar effekt verib.

SSRİ-nin tərkibində olduğumuz tarixi dövr ərzində zaman-zaman Novruz bayramının milli bayram kimi qeyd olunması qadağan olunmuşdu. Müstəqillik əldə etdikdən sonra Novruz bayramını milli bayram kimi qeyd etməyə başladıq. XX əsrin 90-cı illərinin əvvəllərində torpaqlarımız ermənilər tərəfindən işğal edildikdən sonra xalqımızın ən böyük arzularından biri Novruz bayramını doğma torpaqlarımızda qeyd etmək idi.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ulu Öndər Heydər Əliyev demişdir: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur.

Bu bayram bir də onunla fərqlənir və səciyyələnir ki, bu bayramda siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edir. Amma bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.

Əsrlər boyu Novruz bayramı, Azərbaycanın digər bölgələrində olduğu kimi, Qarabağ bölgəsində də xüsusi coşqunluqla qeyd edilib. Novruza qədər çillə çıxarmaq, çərşənbələr, səməni cücərtmə, yumurta döyüşdürmə, yumurta boyama, papaqatdı, Novruz falları və s. mərasimlər bu gün də özünəməxsus şəkildə yaşadılır.

Bu mərasimlər içərisində bir növ tamaşa səviyyəsində dramaturji xəttə malik olanları da var. Bu mənada, Qarabağın mədəniyyət beşiyi olan Şuşa daim seçilib. Məsələn, Şuşada bayrama hələ bir ay qalmış çillə çıxarırlar, ay ərzində gecələr çalğı-rəqslər ilə keçərmiş. Xalq köhnə ilin kəsalətindən qurtulub, təzə ilə daxil olmaqla qış çillələrindən (çilə) yaxa qurtarmağa çalışarmış. Çilləyə hazırlıq məqsədilə əvvəlcədən məhəllələrdəki böyük evlərin zalları tutulur, döşənir, iştirak edəcək şəxslərin siyahısı hazırlanır, xüsusi musiqi dəstəsi çağırılır, meyvə, şirni, şam və s. ibarət xonçalar düzülürdü. Toylardakı kimi xonçanın başında “xan” dayanır, lakin verdiyi əmrlər, cəzalar daha yüngül olurdu.

Yaranışı simvolizə edən yumurta Novruz bayramı adət-ənənələrində tez-tez sınanır və bu mənada Qarabağ bölgəsində də onunla bağlı maraqlı rituallar var. 

Novruz bayramı ilə əlaqədar Prezident İlham Əliyevin ailə üzvləri ilə işğaldan azad olunan rayonlara belə səfərləri, öncəliklə şəhidlərimizin ruhuna olan hörmətdir. Cənab Prezidentin qeyd etdiyi kimi, məhz şəhidlərimizin sayəsindən xalqımız bu torpaqlarda bayram şənliyi edir. Belə bayram şənliklərinin işğaldan azad olunan ərazilərdə qeyd edilməsi, eyni zamanda Böyük Qayıdış prosesini daha da sürətləndirir. 

Bu gün Novruz bayramı xalqımızın ən əziz, milli bayramı kimi yüksək səviyyədə qeyd olunur. Ən əsası isə təkcə respublikamızın bölgələrində deyil, işğaldan azad edilən torpaqlarımızda Novruz tonqalları alovlanır, bayram əhval-ruhiyyəsi yaşanır. Bu xoşbəxt anlara görə xalq olaraq torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə minnətdarıq. Şəhidlərimizə, qazilərimizə bir ömür boyu borcluyuq.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar