Xəbər lenti

Şagirdlərimiz VI Robot Olimpiadasında medala layiq görülüblər - FOTO 0

Tarix: 05-09-2023 13:29     Baxış: 1 694


Gəncə şəhər İ.Məmmədov adına 27 nömrəli mktəb-liseyin şagirdi Azərin Tahirzadə, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirləri Əli Hüseynov və Musa Süleymanovun iştirak etdiyi “RoboRevolation” komandası 3-cü yerə layiq görülüb.

 

Mubarizciler.az-ın məlumatına görə, Sentyabrın 1-dən 3-dək Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dünya Robot Olimpiadası Assosiasiyası və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) birgə təşkilatçılığı ilə Milli Gimnastika Arenasında VI Robot Olimpiadası keçirilib.

 

Olimpiadada  4 kateqoriya üzrə 8 yaşdan 19 yaşadək yeniyetmə və gənclər  “Robomission”, “Robosports”, “Future innovators” və “Future engineers” adlı komandalar şəklind yarışıblar.

 

Ümumillikdə bu kateqoriyalar üzrə respublikanın 20 rayon və şəhərindən 249 komanda qeydiyyatdan keçib. Qeydiyyatdan keçən komandaların hazırlıq səviyyəsi ilə bağlı monitorinqlər keçirilib və final mərhələsində 160 komanda iştirak etmək hüququ qazanıb. Əlavə olaraq, finala vəsiqə qazanmış komandalara Qusar Olimpiya İdman Kompleksində layihələrini inkişaf etdirmələri üçün yay düşərgəsi təşkil edilib. Düşərgə müddətində gənclərə müxtəlif interaktiv təlimlər keçirilib.

 

Qeyd edək ki, VI Robot Olimpiadasında qalib olmuş komandalar 7-9 noyabr, 2023-cü il tarixlərində Panama Respublikasında keçiriləcək Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edəcək.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar