Xəbər lenti

Direktor müavinləri və təşkilatçıların işə qəbulu prosesinə start verilir - FOTO 0

Tarix: 28-08-2023 23:33     Baxış: 1 484

Bugündən etibarən direktor müavinləri və təşkilatçıların işə qəbulu prosesinə start verilir

Mubarizciler.az-ın məlumatına görə, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində hazırda vakant olan tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin qeydiyyat mərhələsinə start verilib.

Qeyd edək ki, müsabiqə 4 mərhələdən (qeydiyyat, sənədlərin yoxlanması, test və müsahibə) ibarət olacaq. 

Qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər bugündən etibarən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə yaxınlaşaraq müvafiq sənədləri təqdim edə bilərlər. 


Qeydiyyat prosesi sentyabrın 8-dək davam edəcək. 


Tələb olunan sənədlər: 


- şəxsiyyəti təsdiq edən sənədin surəti;

- əmək kitabçasının surəti;

- ali təhsil haqqında sənədin və əlavənin surəti;

- kadrların uçot vərəqi;

- tərcümeyi hal. 


Namizədlər üçün tələblər aşağıdakılardır; 


- pedaqoji ixtisas üzrə ali təhsil;

- 3 ildən az olmayaraq pedaqoji staj;

- hazırda ümumi təhsil müəssisəsində müəllim kimi pedaqoji fəaliyyət göstərmək. 

Yalnız tələblərə cavab verən namizədlər müsabiqədə iştirak hüququ qazanacaqlar. 

Test imtahanında namizədlərə pedaqogika və metodika, əmək və təhsil qanunvericiliyi, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla, ümumilikdə 40 test tapşırığı təqdim edilir. 

Sualların yarısını düzgün cavablandırmış namizədlər növbəti mərhələyə keçmək hüququ qazanır. 

Müsabiqənin müsahibə mərhələsi zamanı aşağıdakı meyarlar yoxlanılacaq: 


- Vəzifə üzrə praktiki biliklər;

- İdarəetmə bacarıqları;

- Şəxsi keyfiyyətlər.





Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar