Xəbər lenti
10-09-2025, 09:44
 

Şəhid Nizami Soltanovun ailəsi ziyarət edilib - FOTO 0

Tarix: 28-08-2023 16:25     Baxış: 1 463

Şəhid Nizami Soltanovun ailəsi ziyarət edilib


 Avqustun 26-da İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev RİH-nin məsul əməkdaşları ilə birlikdə torpaqlarımızın azadlığı uğrunda aparılan I Qarabağ müharibəsində şəhid olan Soltanov Nizami  Adil oğlunun Qızılkənd kəndindəki ata ocağını ziyarət edərək ailə üzvləri və yaxınları ilə görüşüb, onların qayğıları ilə maraqlanıb, ailəyə ərzaq bağlaması təqdim olunub.

Mubarizciler.az-ın məlumatına görə, İcra başçısı görüş zamanı bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərindəki şanlı qələbəsi ölkəmizin tarixinə qızıl hərflərlə əbədi olaraq yazıldı. Ərazi bütövlüyümüzün bərpası, doğma torpaqlarımızın düşməndən azad edilməsi uğrunda gedən Birinci və İkinci Qarabağ döyüşlərində canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlarda yaşayacaq və hər zaman minnətdarlıqla anılacaqdır. İcra başçısı həmçinin şəhidlərimizin ailələrinin sosial vəziyyətinin bundan sonra da həmişə diqqətdə saxlanılacağını vurğulayıb.

  Ziyarət zamanı şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar