Xəbər lenti

Azərbaycan-Özbəkistan sənədləri imzalandı - Yenilənib+Video+Fotolar 0

Tarix: 22-08-2023 21:27     Baxış: 1 092

Avqustun 22-də Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub.

Mubarizciler.az  xəbər verir ki, bu haqda Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

***

Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə”ni imzalayıblar.

Azərbaycanın Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistan Respublikasının investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Özbəkistan Respublikasının Rəqabətin İnkişafı və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Komitəsi arasında əməkdaşlıq haqqında Protokol”u imzalayıblar.

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov və Özbəkistanın nəqliyyat naziri İlhom Maxkamov “İcazə blanklarının elektron mübadiləsi üzrə informasiya sisteminin tətbiqi sahəsində əməkdaşlıq haqqında Protokol”u imzalayıblar.

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov “Mədəniyyət sahəsində əməkdaşlıq haqqında Protokol”u imzalayıblar.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov “Energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi haqqında Saziş”i imzalayıblar.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov “Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının Katibinin Xidməti ilə Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının Aparatı arasında əməkdaşlıq haqqında Memorandum”u imzalayıblar.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov “Azərbaycan Respublikası və Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Sazişə əlavə və dəyişikliklərin edilməsi haqqında Protokol”u imzalayıblar.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov “Gənclər siyasəti və idman sahələrində əməkdaşlıq haqqında Saziş”i imzalayıblar.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair Yol Xəritəsi”ni imzalayıblar.

Azərbaycanınxarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair 2023-2024-cü illər üzrə Yol Xəritəsi”ni imzalayıblar.

Qeyd edək ki, səfər çərçivəsində ümumilikdə 20 sənəd imzalanıb.













Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar