Xəbər lenti
15-09-2026, 17:52
 

Ağstafada "Suvernenlik-dövlətimizin təməli, memarlıq və gələcəyimizin imzasıdır!" mövzusunda tədbir keçirilib Fotolar + Yenilənib

Tarix: 18-09-2026 21:46     Baxış: 476

Ağstafada “Şəhərsalma və Memarlıq İli” çərçivəsində "20 sentyabr Dövlət Suverenliyi Günü"nə həsr olunmuş "Suvernenlik-dövlətimizin təməli, memarlıq və gələcəyimizin imzasıdır!" mövzusunda tədbir keçirilib.

Mubarizciler.az xəbər verir ki, Ağstafa rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək müasir müstəqil Azərbaycanın memarının əziz xatirəsinə böyük ehtiramlarını bildiriblər. Daha sonra mərkəzin foyesində təşkil olunmuş kitab və şagirdlərin mövzuya uyğun əl işlərindən ibarət sərgiləri ilə tanış olublar. Rəsmi hissədə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov bildirib ki, 20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycanın dövlətçilik tarixində yeni mərhələdir. Bu gün xalqımızın əzmini, birliyini və qələbəsini təcəssüm etdirir. Dövlət başçısının Sərəncamı ilə bu günün rəsmiləşdirilməsi Azərbaycan dövlətinin gələcək inkişaf yolunun ideoloji əsaslarını möhkəmləndirir. Azərbaycan xalqı artıq öz taleyinə sahib çıxmış, müstəqil dövlətini qurmuş və inkişaf etdirmişdir. Bu nailiyyətin davamlı olması üçün hər bir vətəndaş dövlət suverenliyinin qorunmasına öz töhfəsini verməli, milli iradəni gələcək nəsillərə ötürməlidir. 20 Sentyabr – yalnız tarix deyil, həm də gələcəyə yönəlmiş strateji mesajdır: Azərbaycanın suverenliyi əbədi, müstəqilliyi dönməz, dövlətçiliyi sarsılmazdır. Digər çıxış edənlər – Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Qazax-Tovuz regional filialının müdiri Asif Qəmbərov, Ağstafa rayon Tarix-diyarşünaslıq Muzeyinin kiçik elmi işçisi Mətanət Qəfərova, Ağstafa rayonu Dağ Kəsəmən kəndi İ.Salıfov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Vüsal Həsənov və Ağstafa rayon Həsənsu kəndi A.Mustafayev adına tam orta ümumtəhsil məktəbinin müəllimi Günay Mehdiyeva – bu əlamətdar günün Azərbaycanın dövlətçilik tarixində xüsusi önəm daşıdığını, ərazi bütövlüyünü tam bərpa edən Azərbaycan dövlətinin hazırda müstəqilliyinin ən şanlı dövrünü yaşadığını vurğulayıblar. Sonda suverenliyimizə həsr olunmuş film və məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirildi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar