Xəbər lenti
15-09-2026, 17:52
 

Tərtərdə Azərbaycan Respublikasının Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib Fotolar

Tarix: 18-09-2026 18:34     Baxış: 427

  YAP Tərtər rayon təşkilatının və Tərtər Rayon İcra Hakimiyyətinin  birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib.

 Mubarizciler.az xəbər verir ki, Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, məhkəmə və hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və Rayon Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilat rəhbərləri, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 Əvvəlcə tədbir iştirakçıları Mərkəzi Meydanda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri düzüblər.  Sonra tədbir Tərtər Rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirilib.

 Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Dövlət Suverenliyi Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbiri giriş nitqi ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 20 Sentyabr – Dövlət Suverenliyi Gününün xalqımızın şanlı tarixindəki müstəsna əhəmiyyətindən və dövlətçiliyimizin möhkəmlənməsindəki həlledici rolundan bəhs edib. Rayon rəhbəri bildirib ki, 2020-ci ilin sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş birgünlük uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olunub, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərimizdə bərqərar edilib.   İcra başçısı vurğulayıb ki, dövlətimizin başçısının 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə 20 sentyabrın Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan olunması tarixi ədalətin və milli qürurumuzun təntənəsidir. Ötən dövr ərzində suverenliyimizin tam bərpa edilməsi Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən Böyük Qayıdış proqramına güclü təkan verib. Bu gün həmin ərazilərdə misilsiz bərpa-quruculuq işləri sürətlə davam etdirilir, soydaşlarımız mərhələli şəkildə öz doğma yurdlarına qayıdırlar. Sonra YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Vətən müharibəsi şəhidi Elnur Abbasovun atası Yaşar Abbasov və “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş Dəmirçilər kənd tam orta məktəbinin gənclərin çağırışaqədərki hazırlıq rəhbəri Təhmuraz Muradov çıxış ediblər. Çıxışlarda bu əlamətdar günün dövlətçilik tariximizdə xüsusi yeri olduğu, ərazi bütövlüyünü tam təmin edən qüdrətli Azərbaycanın öz müstəqilliyinin və inkişafının ən parlaq dövrünü yaşadığı xüsusi vurğulanıb.

  Tədbirin sonunda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərəfindən 1-ci dərəcəli “Əmək” ordenli Fazil Vəliyevə 70 illik yubileyi münasibətilə Fəxri Fərman və xatirə hədiyyəsi təqdim olunub.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar