Goranboyda Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirildi Fotolar

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər, ziyalılar və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Suverenlik Günü ilə bağlı tədbir keçirildi
Mubarizciler.az xəbər verir ki, Tədbirdə çıxış edən Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Azərbaycan dövlətçiliyi tarixində suverenliyin xüsusi əhəmiyyət daşıdığını qeyd edərək bildirdi ki, Azərbaycan xalqının milli iradəsinin və dövlətçilik əzminin ən mühüm ifadələrindən biri ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasıdır.
Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan dövlətinin qarşısında duran strateji məqsədlərə nail olunaraq Azərbaycan Ordusunun Vətən müharibəsində və sonrakı dövrdə nümayiş etdirdiyi yüksək peşəkarlıq, qəhrəmanlıq və fədakarlıq ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasında mühüm rol oynayıb.
Məhərrəm Quliyev əldə olunmuş tarixi Zəfər Azərbaycan dövlətinin gücünü, xalqımızın milli həmrəyliyini və Vətənə bağlılığını bütün dünyaya nümayiş etdirdiyini Azərbaycanın suverenliyinin tam bərpa olunması dövlətçilik tariximizin mühüm mərhələlərindən biri olmaqla, ölkəmizin qarşısında yeni inkişaf imkanları açdığnı qeyd etdi. Şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısına da xüsusi toxunaraq bildirdi ki, Azərbaycan dövlətinin sosial siyasətində şəhid ailələrinin və qazilərin rifahının təmin olunması daim xüsusi diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlər onların sosial müdafiəsinin gücləndirilməsinə, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına və qarşılaşdıqları məsələlərin həllinə xidmət edir.
Daha sonra tədbirdə şəhid ailələri və qazilər çıxış etdilər.
Şəhid ailələri çıxışlarında dövlət tərəfindən onlara göstərilən diqqət və qayğının yüksək qiymətləndirildiyini, şəhidlərin ailələrinə göstərilən hərtərəfli dövlət qayğısı onların mənəvi baxımdan dəstəklənməsi ilə yanaşı, şəhidlərin xatirəsinə göstərilən ehtiramın da mühüm ifadəsi olduğunu qeyd etdilər.
Tədbirdə çıxış edən qazilər də Vətən müharibəsi zamanı Azərbaycan əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqdan, şəxsi heyətin yüksək döyüş ruhundan və xalqımızın nümayiş etdirdiyi milli həmrəylikdən danışaraq bildirdilər ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda aparılan mübarizə xalqımızın tarixində mühüm iz qoyub.
Qazilər çıxışlarında qeyd ediblər ki, dövlət tərəfindən müharibə iştirakçılarına və qazilərə göstərilən diqqət və qayğı onların sosial təminatının yaxşılaşdırılmasına mühüm töhfə verir. Onlar göstərilən dövlət qayğısını yüksək qiymətləndirərək, bu siyasətin ardıcıl şəkildə davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Tədbirdə, həmçinin, Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin qorunmasının hər bir vətəndaşın üzərinə mühüm məsuliyyət qoyduğu, dövlətçilik ənənələrinin qorunması, milli həmrəyliyin və vətənpərvərlik ruhunun daha da gücləndirilməsi, ölkəmizin əldə etdiyi tarixi nailiyyətlərin gələcək nəsillərə çatdırılması istiqamətində ardıcıl fəaliyyətin vacibliyi qeyd edildi.
Sonda Şəhid ailələri və qazilər Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin daim uca tutulması, onların ailələrinin dövlət tərəfindən diqqətdə saxlanılması və göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını ifadə etdilər.




Xəbəri paylaş







































0772703001 