Xəbər lenti

SON DƏQİQƏ: Samir Rəsulov yüksək vəzifəyə təyin edildi - FOTO 0

Tarix: 18-08-2023 13:49     Baxış: 2 079

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə yeni rəis təyin olunub.

“Report” xəbər verir ki, bu vəzifə qurumun rəis müavini, indiyə qədər rəis vəzifəsini müvəqqəti icra edən Samir Rəsulova həvalə edilib.

O, bu vəzifədə bir qədər əvvəl nazirliyin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinin müşaviri vəzifəsinə təyinat almış Şahin Əliyevi əvəzləyib.

Xatırladaq ki, Elektron Təhlükəsizlik Xidməti ölkə Prezidentinin 12 yanvar 2018-ci il tarixli fərmanına əsasən yaradılıb. Xidmət kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki kömək göstərilməsini təmin edən əlaqələndirici qurum olan dövlət orqanıdır.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar