Xəbər lenti

Səfiyar Musayev Ulu Öndər Heydər Əliyevin ən yaxın tərəfdaşlarından və dövlətinə sadiq sədaqətli bir insan idi 0

Tarix: 17-08-2023 01:45     Baxış: 1 666

Səfiyar Musayev Ulu Öndər Heydər Əliyevin ən yaxın tərəfdaşlarından və dövlətinə sadiq sədaqətli bir insan idi.


Siyasi fəaliyyəti YAP-ın yaradıcıları olan 91-lərdən bir qrupu görkəmli alim Səfyar Musayev təkcə müəllimlik fəaliyyəti ilə kifayətlənməmiş, ‎respublikanın ictimai-siyasi həyatında yaxından iştirak etmişdir.Onun həyatı və ‎fəaliyyəti Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda ‎gedən ictimai-siyasi proseslərlə sıx bağlı idi. 1980-ci illərin axırları - 1990-cı ‎illərin əvvəllərində Azərbaycanın bir dövlət kimi tarix səhnəsindən silinib getmək ‎təhlükəsi yarandığı dövrdə Səfyar Musayev universitetin bir qrup müəllimi ilə ‎birlikdə mübarizəyə qalxdı. O, 1992-ci il oktyabrın 16-da “ Səs ” qəzetində dərc ‎etdirdiyi “ Mən niyə əliyevçiyəm ” məqaləsində Heydər Əliyevin tarixi xidmətlərini ‎qeyd etməklə belə bir nəticəyə gəlirdi ki, Azərbaycanı düşmüş olduğu bu bəladan ‎yalnız və yalnız Heydər Əliyev xilas edə bilər.‎ Həmin illərdə mərhum professor Səfyar Musayevin ictimai-siyasi xadim Murtuz ‎Ələsgərov və Əli Əhmədovun rəhbərliyi ilə Azərbaycanda ilk dəfə məhz BDU-nun ‎Humanitar fakültələr üzrə siyasi tarix kafedrasında “ Heydər Əliyevin müdafiəsi ‎mərkəzi ” yaradılmış və ulu öndərin sədrliyi ilə Azərbaycanda yeni bir partiya ‎təsis edilməsi ideyası ortaya çıxmışdı. YAP 1992-ci il noyabrın 21-də Naxçıvan ‎şəhərində təsis edildikdən sonra mərhum Səfyar Musayevin rəhbərliyi ilə ‎Azərbaycanda birinci olaraq çalışdığı kafedrada 17 nəfərin iştirakı ilə YAP-ın ilk ‎təşkilatı yaradıldı. Xalqımızın böyük rəhbəri Heydər Əliyevin xidmətlərini və ‎fəaliyyətini dəstəkləmək istiqamətində Səfyar Musayevin apardığı çoxşaxəli ‎siyasi iş, Heydər Əliyevlə və respublikamızın digər rəhbərləri ilə qurulan əlaqələr, ‎ulu öndərin məktəbini keçən Səfyar Musayev resublikamızda artıq görkəmli ‎ictimai-siyasi xadimə çevrilmişdi. Xalqımız onu 1995-ci il noyabrın 12-də 74 ‎saylı Goranboy-Naftalan seçki dairəsindən Azərbaycan Respublikasının Milli ‎Məclisinə deputat seçmiş, Milli Məclis isə onu İnsan hüquqları daimi ‎komissiyasının, daha sonra isə Müstəqil Dövlətlər Birliyi Parlament ‎Assambleyasında Sosial siyasət və insan hüquqları daimi komissiyasının sədri ‎təyin etmişdi. O, hər iki məsul vəzifənin öhdəsindən bacarıqla gəlmişdi.

Həyatda elə insanlar var ki, hər zaman onların adları çəkiləndə yalnız və yalnız müdrik sözlər, xoş kəlmələr eşidirik. Ümummilli Lider Heydər Əliyevin ən yaxın tərəfdaşlarından biri olmuş, mərhum deputat, tarix elmləri doktoru, professor, Yeni Azərbaycan Partiyasının  “Qızıl Fondu” adlandırılmış  91-lərdən olan Səfiyar Musayev məhz belə şəxsiyyətlərdəndir.

Səfiyar müəllim hər zaman Vətəninə layiqincə xidmət etmiş, bir yolu və bir amalı olmuşdur. Bu yol təbii ki, Heydər Əliyev yoludur. Gözümüzü açandan uşaqlıq vaxtlarımızda belə babam bizlərə hər zaman bu yolla getməyi tövsiyə edərdi.  Heydər Əliyevin necə böyük və dahi şəxsiyyət olduğunu, xalqına necə şərəflə xidmət etdiyini hər zaman bizlərə söyləyərdi. 1992- ci ildə ölkəmizin çətin olduğu bir durumda Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevə ünvanlanan müraciətdə 91 nəfər Azərbaycan ziyalısı içərisində məhz Səfiyar Musayev imzası da var idi.  Həmin müraciətdə yaradılacaq Yeni Azərbaycan Partiyasına yeganə mütləq lider Heydər Əliyevin rəhbərlik etməsi xahiş olunurdu.

Səfiyar Musayevin etdiyi yaxşılıqları və xeyirxahlıqları nəinki bir məqaləyə, hətta bir kitaba belə yerləşdirmək qeyri-mümkündür.

Səfiyar müəllim hər kəsə, o cümlədən, rəhbərlik etdiyi kollektivin bütün üzvlərinə qarşı olduqca səmimi, nəzakətli və mehriban idi. Onlara daim qayğı göstərirdi. Rəhbərlik etdiyi kollektivin və başqalarının irəli sürdüyü təşəbbüslərini qiymətləndirməklə yanaşı onların həyata keçirilməsi üçün dərhal şərait yaradırdı. Səfiyar müəllim hər kəsə köməklik göstərərdi, sözün həqiqi mənasında xeyirxahlıq onun amalı idi. O, görkəmli alim olmaqla yanaşı özünə və ətrafındakılarına qarşı tələbkar və eyni zamanda humanist, alicənab insan idi.

Səfiyar müəllim sərişdəli təşkilatçı, bacarıqlı siyasətçi, işgüzar və prinsipial şəxs idi. O, ədalətsizliyə və haqsızlığa qarşı barışmaz mübariz, adamları tanımaq və onların qəlbinə yol tapmaq, onları özünə cəlb etmək kimi yüksək insani keyfiyyətlərə malik idi.

Mərhum professor Səfiyar Musayevin arzusu hər yerdə rüşvətin kökünü kəsmək, qanunun aliliyini qorumaq, onun qarşısında hamının bərabərlik prinsipini müdafiə etmək idi. Zəhmətsiz sərvət toplamaq, layiq olmadığı halda yüksək vəzifə tutmaq istəyən və bundan öz məkrli məqsədləri üçün istifadə edən adamlara qarşı mübarizə aparmaq amalı idi. Mərhum Səfiyar müəllimin ən böyük arzusu ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, onu göz bəbəyi kimi qorumaq, erməni işğalçıları tərəfindən zəbt olunmuş ərazilərimizin azad edilməsi, milyondan çox qaçqının öz yurd-yuvalarına qayıtmasına nail olmaq idi.

Mərhum Səfiyar Musayev böyük bir ailənin başçısı idi. Özü kimi gözəl xasiyyətli, mehriban və qabiliyyətli övladlar tərbiyə etmişdir. (2 oğlan, 3 qız və 12 nəvə və nəticə) Səfiyar müəllimin yadigar qoyduğu ailəsi xalqımızın zəngin adət-ənənələrini özündə cəmləşdirən və çoxlarına örnək ola biləcək nümunəvi bir azərbaycanlı ailəsidir.

Mərhum Səfiyar müəllimin ən böyük arzularından biri də 40 ilə qədər üzvü olduğu və uzun müddət rəhbəri olduğu BDU-nun siyasi tarix kafedrasını qoruyub saxlamaq idi.

Görkəmli alim Səfiyar Bəylər oğlu Musayev dünyasını çox tez dəyişdi. Amma onun qısa, eyni zamanda çox şərəfli ömür yolu gəncliyə örnəkdir. O, bacarıqlı elm xadimi və təşkilatçı olmaqla yanaşı, həm də yüksək elmi əxlaqa malik bir insan idi.

Onu da qeyd edim ki Səfiyar Musayev Ulu Öndər Heydər Əliyevin ən yaxın tərəfdaşlarından və dövlətinə sadiq sədaqətli bir insan idi.

Allah sizə rəhmət etsin dəyərli Səfiyar müəllim. Hər zaman qəlbimizdə yaşayacaqsınız.


Fərid Şərifov.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar