Xəbər lenti

Ədliyyə polkovniki Mail Məmmədova Minnətdarlıq məktubu 0

Tarix: 26-05-2023 00:46     Baxış: 1 414

PEŞƏKARLIĞI VƏ QAYĞIKEŞLİYİ İLƏ SEÇİLƏN NÜFUZLU ƏDLİYYƏ ƏMƏKDAŞI ədliyyə polkovniki CƏNAB MAİL MƏMMƏDOVA 

    M İ N N Ə T D A R L I Q

    Azərbaycan Respublikasının Ədliyyə Naziri Cənab Fikrət Məmmədova

  SURƏTİ : Azərbaycan Respublikasının Ədliyyə Nazirinin müavini, Penitensiar Xidmətinin rəisi Cənab Ceyhun Həsənova

 SURƏTİ : Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkili ( OMBUDSMAN) Xanım Səbinə Əliyevaya

   Qərb bölgəsinin şəhər , rayonlarından ( Goranboy- Daşkəsən- Samux- Gəncə)  olan bir qrup valideynlər adından Sizə müraciət edərək bildirir ki, övladlarımız Penitensiar Xidmətinin Müalicə müəssisəsinə müainə və müalicəyə göndərilən zaman həmin müəssisədə saxlanıldıları müddətdə valideyn olaraq övladlarımızdan arxain oluruq və gələcəyə nikbin baxırıq. Ona görə ki, Penitensiar Xidmətinin Müalicə müəssisəsinə idarəçilikdə xüsusi ilə fərqlənən, bacarıqlı, peşəkarlığı və qayğıkeşliyi ilə seçilən nüfuzlu ədliyyə işçisi çox hörmətli Mail müəllim rəhbərlik edir. Biz valideynlər övladlarımızı Müalicə müəssisəsinin tibb personal həkim heyyətinə deyil çox hörmətli müəssisə rəisi Mail müəllimə etibar edirik.

   Ailədə iki- üç nəfər uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq , onların problemləri ilə maraqlanmaq biz valideynlər üçün çox çətinliklər yaradır. 

  Penitensiar xidmətin Müalicə müəssisəsinə Respublikamızın ayrı-ayrı bölgələrindən, istintaq təcridxanalarından, cəzaçəkmə müəssisələrindən müainə, müalicə almaları üçün göndərirlər, hərə bir tipdə, bir xasiyyətdə olur. Belə bir azadlıqdan məhrum olunmuş şəxslərə saxlanıldıqları müəssisədə qayğılarına qalmaq, hər birinin problemləri ilə maraqlanıb, onların problemlərini həll etmək olduqca çətindir. Belə bir çətin , lakin şərəfli vəzifəsinin öhdəsindən ədliyyə polkovniki Cənab Mail Məmmədov layiqincə gəlir.

  Minnətdarlıq müraciətində Sizə müraciət edən valideyn olaraq mən şəxsən öz adımdan diqqətinizə çatdırmaq istəyirəm ki, övladımın yanına Maddi çətinliyim olduğu üçün gələ bilmirdim, Mail müəllim övladımın yanına validey olaraq gələ bilmədiyimi hiss edib sanki övladıma ata qayğısı göstərmişdi, dəri- zöhrəvi xəstəliyindən övladım əziyyət çəkirdi, onun müalicə olunmasında Mail müəllimin xüsusi əməyi, zəhməti var. Beləki Mail müəllim övladımın xəstəliyini nəzarətə götürərək onun sağalması üçün şəxsi hesabına iynə, dərman, mazlar alıbdır. Ölənə kimi valideyn olaraq Mail müəllimə şəxsən mən öz dərin minnətdarlığımı bildirirəm.

   Gəncə şəhərində yaşayan valideyn olaraq onu diqqətinizə çatdırmaq istəyirəm ki, övaldım Penitensiar Xidmətinin 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkirdi, Mail müəllim həmin illərdə övladımın cəza çəkdiyi cəzaçəkmə müəssisəsində rəis vəzifəsində çalışırdı. Mail müəllimin qəbulunda oldum, qanunla müəyyən olunmuş qaydada oğlumun sənədlərini hazırladaraq Səlyan Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti  azadlığa buraxılması üçün köməklik göstərdi, övladım atasının il dönümündə iştirak etdi. Allah Mail müəllimi qorusun! Amin! 

   Goranboy rayon sakini olaraq mən Eminov Neman Bayram oğlu 2019- 2020- ci  il tarixində Penitensiar Xidmətinin Müalicə müəssisəsində müalicə olunurdum. Həqiqətən də Müalicə müəssisəsində yüksək səviyyədə nizam-intizam, əməkdaş- məhkum münasibətlərinin yüksək səviyyədə olduğunun şahidi oldum. Müalicə müəssisəsində məhkumlara verilən yeməyə Mail müəllim xüsusi olaraq nəzarət edirdi. 

    Mail müəllim idarəçilikdə xüsusi ilə fərqlənən rəhbərlik etdiyi Müalicə müəssisəsində saxlanılanlara ata qayğısı göstərən, problemləri dərhal edən, qayğıkeş, humanist nüfuzlu müəssisə rəisidir.

  Allahtaladan çox hörmətli Mail müəllimə valideynlər adından, şəxsən öz adımdan öz dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.

  Hörmətlə, 

  Valideynlər və Goranboy rayon sakini Eminov Neman Bayram oğlu adından



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Çox oxunanlar