Xəbər lenti

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib - FOTOLAR 0

Tarix: 08-03-2023 22:30     Baxış: 1 894

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. 

Mubarizciler.az xəbər verir ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin (GDRTİ) təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. 

Tədbirdə GDRTİ-nin müdiri Anar Qədiməliyev, sektor müdirləri, idarə əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan edilən tədbirdə Vətən uğrunda canından keçmiş Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirin davamında Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələri, ümumtəhsil məktəbləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri müxtəlif kompozisiyalarla çıxış ediblər. 

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev çıxış edərək qadınları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək, onlara işlərində müvəffəqiyyətlər arzulayıb.

Sonda bir qrup təhsil işçisi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təltif olunub.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar