Xəbər lenti

Regional Təhsil İdarəsinin rəhbərləri Gəncə şəhər N.Gəncəvi adına 11 nömrəli tam orta məktəb də olublar Fotolar

Tarix: 13-02-2026 21:38     Baxış: 609

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, müdir müavini Rövşən Kərimov və idarə əməkdaşları Gəncə şəhər N.Gəncəvi adına 11 nömrəli tam orta məktəb də olublar.

Mubarizciler.az xəbər verir ki, İdarə müdiri məktəbin maddi-texniki bazası, tədris şəraiti və şagirdlərin dərs prosesi ilə yerində tanış olub.

Daha sonra 14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə məktəbin bir qrup şagirdinə dünya və Azərbaycan ədəbiyyatına aid bədii kitablar hədiyyə edilib. Aksiya şagirdlərdə mütaliə vərdişlərinin formalaşdırılması, kitab sevgisinin artırılması və onların intellektual inkişafına dəstək məqsədi daşıyıb. Qeyd olunub ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən təhsil müəssisələrində təlim mühitinin yaxşılaşdırılması, oxu mədəniyyətinin təşviqi və şagirdlərin hərtərəfli inkişafına yönəlmiş tədbirlər davamlı olaraq həyata keçirilir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Bölgə
Fotosesiya
Çox oxunanlar