Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

Vüsal Nəsirli İdarə Heyətinin sədri təyin edilib

Tarix: 06-02-2026 21:21     Baxış: 1 603

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Saleh Ərşad oğlu Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Mubarizciler.az ın məlumatına görə, Prezidentin digər Sərəncamı ilə Vüsal Zakir oğlu Nəsirli (AAYDA) İdarə Heyətinin sədri təyin edilib.

Vüsal Nəsirli 1978-ci ildə İmişli şəhərində anadan olub.

2000-ci ildə Qafqaz Universitetinin İnzibati idarəetmə fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr, 2002-ci ildə magistr pillələrini bitirib.

2009-2013-cü illərdə İqtisadi İnkişaf Nazirliyində “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsinin direktor müavini, 2013-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini vəzifələrində işləyib.

Hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, daha sonra isə müavini vəzifəsində çalışıb. Evlidir, iki övladı var.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar