Xəbər lenti
31-01-2026, 15:41
 
27-01-2026, 12:43
 

Tərtər Rayon İcra Hakimiyyətində növbəti aparat müşavirəsi keçirilib Fotolar

Tarix: 06-02-2026 20:18     Baxış: 532

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun sədrliyi ilə növbəti aparat müşavirəsi keçirilib. Müşavirədə YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, rayon icra hakimiyyəti başçısı aparatının və İƏD üzrə nümayəndəliklərin əməkdaşları iştirak ediblər.

Mubarizciler.az xəbər verir ki, Müşavirədə vətəndaş müraciətlərinə müvafiq qanunvericiliyin tələblərinə uyğun operativ baxılması və vətəndaş məmnunluğunun təmin olunması, şəhid və qazi ailələrinin problemlərinin və sosial qayğılarının öyrənilib həlli istiqamətində tədbirlərin görülməsi, DNİS üzrə tapşırıqların icra vəziyyəti, bələdiyyələr tərəfindən vergilərin yığılması, əhali arasında daşınmaz əmlakların sığortalanması üçün maarifləndirmə işlərinin aparılması, şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti, yerlərdə səyyar qəbulların təşkili, rayon ərazisində aparılan tikinti işlərinin mövcud qanunvericiliyə və şəhərsalma-arxitektura tələblərinə uyğunluğu məsələləri müzakirə olunub.

Həmçinin əkin sahələrinin suvarılmasında növbəliliyin təmin olunması, aqrar sahədə mövsümi işlər, pambıq əkini üçün müqavilələrin bağlanması, əkinlərin bəyan olunmasının sürətləndirilməsi, Tərtər şəhəri və bütün yaşayış məntəqələrində yolkənarı ərazilərin təmizlik-abadlıq işləri, şəhid ailələrinin ziyarət olunması və sosial problemlərinin həllinə köməklik, yas mərasimlərində ehsanın sadələşdirilməsi ilə bağlı vətəndaşlarla maarifləndirici söhbətlərin aparılması məsələləri müzakirə olunub.

Rayon rəhbəri tərəfindən müzakirə olunan məsələlərlə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.

Tədbirin sonunda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədova, Soyulan kənd İƏD üzrə nümayəndə Elxan Bağırova və Buruc kənd İƏD üzrə nümayəndə Sərdar Aslanova 65 illik yubileyləri münasibəti ilə fəxri fərmanlar və xatirə hədiyyələri təqdim edilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Bölgə
Fotosesiya
Çox oxunanlar