Xəbər lenti
15-09-2026, 17:52
 

“Goranboy 2026 – Gənclər Paytaxtı” çərçivəsində “GəncFest”in açılışı olub Fotolar

Tarix: 04-02-2026 10:51     Baxış: 1 232

Fevralın 3-də “Goranboy 2026 – Gənclər Paytaxtı” çərçivəsində “GəncFest”in açılışı olub.

Mubarizciler.az xəbər verir ki, açılışdan öncə gənclər və idman naziri Fərid Qayıbov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və gənclər Goranboy şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Goranboy şəhərində yerləşən Heydər Əliyev parkında iki gün davam edəcək “GəncFest”də gənclər hərbi-vətənpərvərlik, yaradıcılıq, stolüstü oyunlar, intellektual yarışlar, interaktiv təlimlər və əyləncə zonalarında müxtəlif fəaliyyətlərdə iştirak edirlər. Gənclər və İdman Nazirliyi və Goranboy Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi tədbirin ilk gününün sonunda təşkil edilən konsert proqramında Sevda Yahyayeva, Elçin Cəfərov və Goranboy şəhər Uşaq İncəsənət Məktəbinin rəqs qrupu çıxış ediblər.

Gənclər üçün bayram əhval-ruhiyyəsində keçən tədbir möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar