Xəbər lenti

Baş Prokurorluqda Gənclər Gününə həsr olunmuş konfrans keçirilib Fotolar

Tarix: 02-02-2026 16:51     Baxış: 1 162


2026-cı ilin “Şəhərsalma və memarlıq ili” çərçivəsində Baş Prokurorluğun Elm-Tədris Mərkəzində 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Hüquqi dövlətçilik və gənclər” mövzusunda elmi-praktik konfrans keçirilib.

Mubarizciler.az xəbər verir ki, tədbirdə 15 ali təhsil müəssisəsini təmsil edən tələbə və kursantlar, habelə professor-müəllim heyəti, eləcə də müxtəlif dövlət və hüquq qurumlarının nümayəndələri iştirak ediblər.

Konfransda Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva, Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, eləcə də bir sıra dövlət və hüquq qurumlarının nümayəndələri çıxış ediblər.Konfrans Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinin yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Liderin gənclərə müraciətinin videoformatda nümayişi ilə başlayıb.Daha sonra proqramda nəzərdə tutulmuş mövzular üzrə çıxışlar dinlənilib, çıxışlarda gənclərin dövlət siyasətində mühüm və əhəmiyyətli rolu, onların hərtərəfli inkişafının təmin olunması məsələlərinə xüsusi diqqət yetirilib.Ümumilikdə tədbirdə 350-yə yaxın iştirakçı yer alıb. Konfransın yüksək təşkilati səviyyədə və maraqlı formatda keçirilməsi iştirakçılar tərəfindən məmnunluqla qarşılanıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar