Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

Goranboyda qazi anasını bıçaqlayıb Fotolar + Yenilənib

Tarix: 31-01-2026 11:47     Baxış: 1 169

Goranboyda 2 qadın bıçaqlanıb, onlardan biri ölüb.

Mubarizciler.az xəbər verir ki, rayonun Faxralı kəndində 1963-cü il təvəllüdlü Zoya Əhmədova və 1995-ci il təvəllüdlü Jalə Yolçuzadə bıçaqlanıb.

Onlardan 10-dan çox bıçaq xəsarəti alan Z.Əhmədova həyatını itirib.

Digər zərərçəkən ağır halda xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən isə ölən qadının oğlu - 1987-ci il təvəllüdlü Vəliyev Emin Xaləddin oğludur.

Ağır xəsarət alan iki uşaq anası Jalə isə hadisəni törətməkdə şübhəli bilinən Eminin həyat yoldaşıdır.

Qeyd edək ki, cinayəti törətməkdə şübhəli bilinən şəxsin psixoloji problemləri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Mubarizciler.az ın əldə etdiyi məlumata görə, Emin Xaləddin oğlu Vəliyev Vətən müharibəsi qazisi, III qrup əlildir.

O, ailə münaqişəsi zəminində anası, 1963-cü il təvəllüdlü Əhmədova Zoya Rüstəm qızını bıçaqla bir neçə zərbə vuraraq qətlə yetirməkdə, arvadı, 29.01.1995-ci il təvəllüdlü Yolçuyeva Jalə Sahib qızını isə həmin bıçaqla vuraraq xəsarət yetirməkdə şübhəli bilinir.

Emin Vəliyev hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Fotoda Zoya Əhmədova və Emin Vəliyev




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar