Xəbər lenti
25-07-2026, 19:27
 

Goranboyda şahmat üzrə ölkə çempionatının seçmə yarışları keçirilir Fotolar

Tarix: 29-01-2026 18:46     Baxış: 2 485

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin  və Azərbaycan Şahmat Federasiyasının  birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin  dəstəyi ilə 8, 10, 12 və 14 yaşadək oğlanlar və qızlar arasında şahmat üzrə ölkə çempionatının seçmə yarışları keçirilir.

Mubarizciler.az xəbər verir ki, seçmə yarışlarda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil təhsil müəssisələrinin şagirdləri fəal iştirak edirlər. 

Yarışlar region üzrə məktəblilərin intellektual potensialının üzə çıxarılması, istedadlı şahmatçıların aşkar edilməsi və onların ölkə çempionatının növbəti mərhələsinə hazırlanması məqsədi daşıyır. Yarışların əsas məqsədi şagirdlər arasında şahmat idman növünə marağın artırılması, məntiqi təfəkkürün, strateji düşünmə bacarıqlarının və qərarvermə qabiliyyətinin inkişaf etdirilməsi, eyni zamanda sağlam rəqabət mühitinin formalaşdırılmasıdır. Bununla yanaşı, məktəblilər arasında asudə vaxtın səmərəli təşkili və idmana cəlb olunmanın genişləndirilməsi də prioritet istiqamətlərdəndir. Müxtəlif yaş qruplarını əhatə edən seçmə yarışlar şagirdlərə öz bilik və bacarıqlarını nümayiş etdirmək, yarış təcrübəsi qazanmaq və yüksək nəticələr əldə etmək imkanı yaradır. Yarışlar beynəlxalq şahmat qaydalarına uyğun şəkildə  təşkil olunur və peşəkar hakimlər tərəfindən idarə edilir. Seçmə mərhələdə fərqlənən qaliblər ölkə çempionatının final mərhələsində iştirak etmək hüququ qazanacaq.

Qeyd edək ki, bu cür yarışların təşkili məktəblilər arasında intellektual idman növlərinin inkişafına, gənc nəslin hərtərəfli formalaşmasına və gələcək peşəkar şahmatçıların yetişdirilməsinə mühüm töhfə verir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar