Xəbər lenti
15-09-2026, 17:52
 

Yevlaxda Ağciyər Xəstəlikləri Mərkəzində təlim keçirilib Fotolar

Tarix: 29-01-2026 11:11     Baxış: 896

Ağciyər Xəstəlikləri Mərkəzinin Yevlax Regional Xəstəxanasının əməkdaşları üçün təlim keçirilib

“Ugur Gənclər Təşkilatının” təşkilatçılığı ilə Ağciyər Xəstəlikləri Mərkəzinin Yevlax Regional Xəstəxanasının tibb işçiləri üçün “İş mühitində stressin idarə olunması” mövzusunda təlim keçirilib.

Mubarizciler.az xəbər verir ki, təşkilatın əməkdaşları - İnqilab Şirinli, Rafil Əşrəfli və Günel Əliqızının təqdimatında baş tutan və 2 gün davam edən təlimdə iş münasibətlərində stressin idarə olunması, zərərli vərdişlərin tibbi personal və pasiyentlər arasında yayılmasının qarşısının alınması, tibbi personal arasında konfliktlərin həllində stressin idarə olunmasının rolu, aqressiv xəstələrlə düzgün rəftar olunması ilə bağlı mövzular müzakirə olunub. 

İnteraktiv formada davam edən təlimdə müxtəlif məşğələlər aparılıb. Sonda xatirə fotosu çəkilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar