Xəbər lenti
15-09-2026, 17:52
 

Goranboy RİH-də Seymur Nazarovun rəhbərliyi ilə Komissiyanın iclası keçirildi Fotolar

Tarix: 28-01-2026 11:27     Baxış: 1 974

Goranboy şəhərində yeni inşa edilmiş  çoxmənzilli yaşayış binalarının mənzillərinin püşkatma yolu ilə bölüşdürülməsi məqsədilə təşkil edilmiş RİH yanında Komissiyanın iclası keçirildi.

Mubarizciler.az xəbər verir ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı, Goranboy şəhərinin Cəfər Cabbarlı və Məmməd Məhərrəmov küçələrində inşa edilmiş  4 mərtbəli 20 və 16 mənzilli yaşayış binalarının mənzillərinin püşkatma yolu ilə bölüşdürülməsi məqsədilə rayon İcra Hakimiyyəti, rayonun hüquq-mühafizə orqanlarının məsul şəxsləri və RİH yanında İctimai Şuranın üzvlərindən ibarət müvafiq Komissiyanın iclası keçirildi. 

İclasda çıxış edən RİH Başçısının birinci müavini Seymur Nazarov mənzillərin bölgüsünün, Komissiyanın və vətəndaşların birgə iştirakı ilə mövcud qanunvericiliyin tələblərinə uygun, püşkatma yolu ilə həyata keçirilməsinin məqsədəmüvafiq olduğunu diqqətə çatdırdı. İclasda iştirak edən hüquq mühafizə orqanlarının məsul vəzifəli şəxsləri və RİH yanında İctimai Şuranın üzvləri bu cür  bölgünün aparılmasını qanunamüvafiq və təqdirəlayiq olduğunu bildirdilər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar