Müstəqim Məmmədov vətəndaşların müraciətlərini dinləyib Fotolar

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşların qəbulunu keçirib.
Qəbul zamanı şəhid ailələri və qazilər növbədənkənar qaydada qəbul edilib, onların müraciətlərinə xüsusi həssaslıq göstərilib.
Mubarizciler.az xəbər verir ki, Vətəndaşlar əsasən maddi yardımın göstərilməsi, işlə təmin olunma, həyətyanı və sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsinin ayrılması, evlə təmin olunmasına köməklik, pay torpaq sahəsinin zəbt olunması və digər məsələlərlə bağlı müraciətlər ediblər.
İcra başçısı tərəfindən vətəndaşların müraciətləri diqqətlə dinlənilib, səlahiyyət çərçivəsində olan məsələlərin həlli istiqamətində tapşırıqlar verilib, digər müraciətlərlə bağlı isə müvafiq izahatlar təqdim olunub. Qəbulun sonunda vətəndaş məmnunluğu təmin edilib. Rayon sakinləri ölkədə həyata keçirilən islahatlara, əhalinin sosial rifahının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.




Xəbəri paylaş







































0772703001 