Xəbər lenti
25-07-2026, 19:27
 

Baş prokuror Bəhreyn Krallığında olub Fotolar

Tarix: 26-01-2026 16:53     Baxış: 1 442

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bəhreynli həmkarı Ali bin Fadhel Al Buainainin dəvəti ilə yanvarın 24-26-da Manama şəhərinə işgüzar səfərdə olub.

Mubarizciler.az xəbər verir ki, Bəhreyn Dövlət Prokurorluğunda keçirilmiş görüşdə Kamran Əliyev dəvətə görə təşəkkürünü bildirib.

Baş prokuror qeyd edib ki, Bəhreyn Krallığı Azərbaycan üçün dost ölkədir və uzun illər ərzində müxtəlif beynəlxalq platformalarda ölkəmizin siyasi təşəbbüslərini, o cümlədən ərazi bütövlüyünü qətiyyətlə dəstəklləyib.

Son illərdə ölkələrimiz arasında qarşılıqlı əlaqələr dövlət başçılarının siyasi iradəsi və səyləri nəticəsində daha da inkişaf edib. 

Öz növbəsində Ali bin Fadhel Al Buainainin qurumlararası tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edərək, daha öncə ölkəmizə etdiyi işgüzar səfərlərin xüsusilə yaddaqalan olmasını qeyd edib.

Görüşdə 2024-cü ilin oktyabr ayında iki ölkənin prokurorluqları arasında imzalanmış Anlaşma Memorandumu qeyd edilərək cinayətkarlığın müxtəlif formalarına qarşı, o cümlədən ekstradisiya və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahələrində praktiki əməkdaşlıq məsələləri, həmçinin, hüquqi və institusional əməkdaşlığın ikitərəfli və beynəlxalq platformalar çəçrivəsində genişləndirilməsi perspektivləri, eləcə də qarşılıqlı təlim səfərlərinin təşkili və təcrübə mübadiləsi ətrafında da fikir mübadiləsi aparılıb.

Bundan sonra nümayəndə heyəti ilə Bəhreyn Krallığının Kassasiya Məhkəməsinin sədri və Ali Məhkəmə Şurasının vitse-prezidenti Şeyx Xalid Ali Al Xalifa arasında görüş keçirilib.

Görüş zamanı ölkələrimizin hüquq sistemləri arasında intensiv və məhsuldar əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyi qeyd edilmiş, təcrübə mübadiləsi və qarşılıqlı hüquqi dəstək imkanları müzakirə edilib.

Səfər çərçivəsində nümayəndə heyəti ilə Bəhreyn Krallığının  Ədliyyə, İslam işləri və Vəqf naziri Navaf Mohamed Al Maavda arasında da ikitərəfli görüş keçirilib.

Nümayəndə heyətinin səfəri başa çatıb.










Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar