Eyvaz Hüseynov Yeni Xocavənd qəsəbəsində vətəndaşların müraciətlərini dinləyib Fotolar

23 yanvar 2026-cı il tarixdə Yeni Xocavənd qəsəbəsində Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun səyyar görüşü keçirilib. Mubarizciler.az xəbər verir ki, görüşdə rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və vətəndaşlar iştirak etmişdilər.
Səyyar görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək bildirib ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində aparıcı mövqeyə malikdir və milli dövlətçilik maraqları çərçivəsində Beynəlxalq arenaya uğurla inteqrasiya etməkdədir. Həmçinin müstəqil xarici siyasət aparan respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən yararlanaraq uğurlarının miqyasını gündən-günə artırmaqdadır. Prezident cənab İlham Əliyev 20 yanvar 2026-cı ildə Davosda “Euronews” televiziyasına verdiyi müsahibə bir çox diqqət çəkən məqamlar ilə yadda qaldı. Müsahibədə Prezident İlham Əliyev qeyd edib ki, beynəlxalq münasibətlər artıq yeni eraya daxil olur. Bu mərhələdə prosesləri bəzən qanunun aliliyindən daha çox güc amili tənzimləyir. Dünyanın müxtəlif regionlarında müşahidə edilən münaqişələr və ikili standartlar bunu açıq şəkildə nümayiş etdirir. Belə bir mühitdə hər bir dövlət öz strategiyasını mövcud imkanlarına uyğun qurmalı, ilk növbədə yaxın coğrafiyada, daha sonra isə qlobal miqyasda etibarlı tərəfdaşlıq mühiti formalaşdırmalıdır. Məhz həmin praqmatik yanaşma nəticəsində ölkə həm regionda sabitliyin təşəbbüskarına, həm də beynəlxalq platformalarda etibarlı tərəfdaşa çevrilib.
Qəbulda iştirak edən sakinlərin hər biri ayrılıqda dinlənilərək qaldırılan bütün məsələlər nəzarətə götürülmüş və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verdilmişdir.




Xəbəri paylaş








































0772703001 