Xəbər lenti

Prezident Qəzza ilə bağlı həmin sənədi imzaladı Video

Tarix: 22-01-2026 15:34     Baxış: 980

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Davosda “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədinin imzalanma mərasimində iştirak edir.

Mubarizciler.az ın məlumatına görə, Azərbaycan Prezidenti və tədbirdə iştirak edən digər dövlət və hökumət başçıları sözügedən sənədi imzalayıblar.

Bununla da Azərbaycan Qəzza ilə bağlı yaradılan Sülh Şurasına təsisçi üzv dövlət qismində qoşulub. Ölkəmiz Sülh Şurasına qoşularaq, onun Qəzzadakı münaqişənin sonlandırılması və uzunmüddətli münaqişədən əziyyət çəkən bütün tərəflərə daha təhlükəsiz və rifahlı gələcək qurulması kimi nəcib missiyasını paylaşacaq.

Xatırladaq ki, ABŞ Prezidenti, Sülh Şurasının sədri Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayaraq Azərbaycan Respublikasını təsisçi üzv dövlət qismində Şuraya qoşulmağa və Sülh Şurasının Nizamnaməsinə tərəf olmağa rəsmi şəkildə dəvət edib.

Prezident İlham Əliyev isə cavab məktubunda bu dəvəti Azərbaycanla ABŞ-nin qarşılıqlı hörmətə əsaslanan faydalı tərəfdaşlığının, həmçinin Azərbaycanın regional və qlobal miqyasda sülh və sabitliyin təşviqində rolunun tanınmasının rəmzi olaraq qəbul etdiyini bildirib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar