Xəbər lenti
8-05-2026, 14:49
 

İlham Əliyev Marta Kosla görüşdü Fotolar + Video

Tarix: 21-01-2026 23:20     Baxış: 945

Prezident İlham Əliyev yanvarın 21-də Davosda Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosla görüşüb.

Mubarizciler.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı Marta Kosun ötən il Azərbaycana, o cümlədən Qarabağa səfəri və dövlət başçısı ilə görüşü məmnunluqla xatırlandı. Marta Kos işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinin onda dərin təəssürat hissi yaratdığını bildirdi.

Görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəlilədilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. Eyni zamanda, enerji, regional nəqliyyat bağlantıları, humanitar minatəmizləmə və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu, ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə toxunuldu.

Marta Kos Avropa İttifaqının Azərbaycanın humanitar minatəmizləmə sahəsində fəaliyyətinə, həmçinin Naxçıvanın dəmir yolu xəttinin bərpası layihələrinə dəstək göstərməyə hazır olduğunu qeyd etdi.

Söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında bir çox sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük perspektivlərin olduğu vurğulandı və bu istiqamətdə fikir mübadiləsi aparıldı.







Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar